Icma.az
close
up
RU
İran trolları və ya beşmanatlıqlar

İran trolları və ya beşmanatlıqlar

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

Zarafat bir tərəfə bu gün üçün bir Azərbaycan manatı bir kisə İran rialı edir. Dəqiq məzənnəni yaza bilmirəm, çünki hər cümləni yazdıqca rial bir az da dəyər itirir.

Hər dəfə İranda vəziyyət gərginləşəndə, Azərbaycanda İran trolları "baş qaldırırlar". Bu özünü ilk növbədə sosial şəbəkələrdə - "Facebook", X (Twitter), "Telegram", "TikTok" kimi platformalarda özünü büruzə verir. Saxta və ya yarı-saxta profillər yenə dövriyyəyə buraxılır. Bu profillər yerli istifadəçi kimi görünməyə çalışırlar. Azərbaycan dili, azərbaycanlı ad-soyadı, yerli və milli simvollardan istifadə edərək rəng dəyişə bilirlər. Trolları ələ verən isə eyni məzmunu (şərh, video, foto) koordinasiyalı şəkildə paylaşmalarıdır. Bir də görürsən ki, eyni şərhi, eyni rəyi on saxta profil sosial şəbəkə üzərindən paylaşıb. Bu məqamda adam "bir az diri oynayın da", demək istəyir. Bir az cümlələrin ardıcıllığını dəyişin, bir az fotolara əl gəzdirin, fərqlilik olsun, heç olmasa.

Lakin etiraf etməliyik ki, İran trolları o qədər çoxdur ki, bəzi hallarda ictimai rəyi formalaşdırmağa da müvəqqəti nail olurlar.

Bu məqamı mütləq qeyd edim ki, hazırda İranda etiraz aksiyaları daha da geniş vüsət alıb. 13 saatdan çoxdur ki, İranda internet tamamilə kəsilib. Hətta İranın hökumətyönümlü KİV-i belə internetə çıxış imkanlarından tam məhrum olub. Baxsanız görəcəksiniz ki, onların hamısında son paylaşımlar 13 saatdan əvvəl edilib.

Hazırda İranda nə baş verdiyini tam bilməsək də, müəyyən sızıntılar var. Videolarda dinc etirazçılara qarşı atəş açılması barədə məlumatlar var. Qeyd edim ki, 2019-cu ildə rejim interneti söndürəndə, küçələrdə 1500-dən çox etirazçı öldürülmüşdü.

Bu dəfə İran xalqı baş verənlərə necə reaksiya göstərəcəksə, gələcəyini də elə müəyyən edəcək.

Biz bu barədə yazıb-danışarkən İran trollarının mütəşəkkil hücumuna məruz qalırıq. Şəxsən mənim ünvanıma deyilməyən təhqir qalmayıb. Amma və lakin bu təhqirlərin heç bir mənəvi gücü yoxdur. Çünki beşmanatlıq trolların düşüncəsi bundan artıq olmayacaq.

İranla əlaqələndirilən onlayn trol şəbəkələrinin Azərbaycanda fəaliyyəti adətən aşağıdakı kimidir. Trollar istənilən məsələnin müzakirəsini dini və ideoloji tərəfə çəkirlər. Radikal və ya siyasi-şiə ideologiyası yayır. Azərbaycan dövlətinin sekulyar quruluşu tənqid edilir, İran modelinə simpatiya aşılanır. Məsələn "qara çadra namusdur", "14 yaşında qız ərə getməlidir", "Ağanın ayağından öpmək müstəhəbdir", "saqqalından tük qopardıb gözün üstünə qoymaq nemətdir" və s. kimi çağırışlar işlək metoddur. Təbii ki, psixoloji vəziyyəti və mental təfəkkürü, üstəgəl dini və siyasi məlumatı zəif olan insanları bu cür trol sürüsü ilə istiqamətləndirmək daha əlçatan olur.

Dini hisslərdən alət kimi istifadə edərək Azərbaycan cəmiyyətinin daxili emosional gərginliyini artırmağa çalışırlar.

"Hüseynçilər", "Xəmainistlər", "Xumeynistlər" kimi xeyli fanklublar öz aralarında belə rəqibdirlər. Onların daxili çəkişməsi isə ayrı "şəbihdir".

İran trollarının istifadə etdiyi əsas alətlərdən biri də hökumət, ordu və təhlükəsizlik strukturları haqqında manipulyativ və ya şişirdilmiş məlumatlar paylaşılmasıdır. Bundan xüsusilə həssas dövrlərdə (seçkilər, müharibə zamanı, müharibəsonrası mərhələ, sosial gərginlik) istifadə olunur.

İran trollarının mərkəzdən aldıqları ən çətin tapşırıq isə Qarabağla bağlıdır.

Əsas tezis: "Qarabağ azad olunmadı, sadəcə sahib dəyişdi"

Manipulyasiya nədən ibarətdir? Qələbənin legitimliyini şübhə altına alınır. Dövlət suverenliyi zəif göstərilir. Xarici müttəfiqlər "işğalçı" kimi təqdim edilir. Məqsəd Qarabağ qələbəsinə olan ictimai qüruru azaltmaq, milli birliyi sarsıtmaqdır. Halbuki hər iki Qarabağ müharibəsi dövründə İran dövlətinin sərgilədiyi siyasətə görə biz minlərlə şəhid vermişik. Bu, qeyd-şərtsiz sübutlarla, sənədlərlə təsdiqlənib. İran heç vaxt vahid, güclü, qalib Azərbaycanı görmək istəməyib. Bu mövqe həm açıq mənbələrdə, həm də regional hesabatlarda dəfələrlə qeyd olunub.

Təbii ki, bu gün ən ağır günlərini yaşayan İran rejimi yenə də zəhərini Azərbaycanın üstünə tökməyə davam edir. Bunu birbaşa edə bilmədiyi üçün trol ordusundan istifadə edir. Yerli jurnalistlərə, media qurumlarına, ekspertlərə və fəallara qarşı kütləvi şərh hücumları edilir.

İran rejimini tənqid edənlər "İslam düşməni", "Qərbin agenti", "İsrail agenti" kimi damğalanır.

Bəs insanlarımıza nə məsləhət verə bilərik?

İlk növbədə İran trollarına rast gələndə ən sadə sualı verin: "İran yaxşıdırsa, niyə ora köçmürsən?"

İkincisi, hər deyilənə, yazılana kor-koranə inanmayın. İstənilən məlumatı, foto-videonu ən azı iki-üç mənbədən yoxlayın.

Dini kimliyin siyasiləşdirilməsinə imkan verməyin. Hər kəsin dini inancı, Allaha tabe olması onun öz şəxsi işidir. Bunun heç kimə, xüsusən də İran trollarına dəxli yoxdur. İnanın ki, Allahın öz hesab-kitabı var və onun İran trollarına ehtiyacı yoxdur.

Üçüncüsü, emosional paylaşımlara dərhal reaksiya verməyin. Ən azı həmin səhifənin nə zaman yaradılmasına diqqət edin. Hansı hadisələr fonunda dərc olunduğuna baxın. Çox zaman bəlli olur ki, həmin o "ağlamalı" videolar e.ə Misir ehramlarında çəkilib. Sadəcə qovluqda saxlanılır ki, lazım olan anda sosial şəbəkəyə "axıdılsın".

"Hamı belə düşünür" axınına getməyin.

Fərqli düşünün, suallar verin, məzələnin İran trolları ilə.

Onsuz da, zamanları daralır. Ağaları ötən dəfə bunkerdə gizlənmişdisə, bu dəfə İran xalqının əlindən canını qurtara bilməyəcək.

Mənim isə İran trolları üçün təcili mesajım var: Üçrəngli bayrağımız hər zaman suveren Azərbaycan səmasında dalğalanacaq! Çünki biz bu dövləti şəhid qanı ilə əldə etmişik, beşmanatlıq trollarla yox!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see313

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see240

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see181

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see181

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see172

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see168

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see167

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see165

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

15 May 2026 04:54see162

UEFA “Atletiko Madrid”i 15 min avro cərimələyib

15 May 2026 01:12see161

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see154

Bütün Eurovision 2026 finalçıları açıqlandı: Azərbaycan yenə finalçılar sırasına düşə bilmədi

15 May 2026 07:57see154

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see153

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see150

Milan və Beşiktaş bu futbolçuya elçi düşüb ...

15 May 2026 02:21see143

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see142

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see141

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see139

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see139

Azərbaycan Premyer Liqası: “Karvan Yevlax” “Qəbələ” ilə üz üzə

15 May 2026 09:24see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri