Icma.az
close
up
RU
Avaza bəyanatının siyasi və regional əhəmiyyəti

Avaza bəyanatının siyasi və regional əhəmiyyəti

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

XXI əsrdə beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri regional əməkdaşlıq formatlarının formalaşdırılması və dərinləşdirilməsidir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən Azərbaycan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası arasında son illər müşahidə edilən siyasi dialoq, iqtisadi inteqrasiya təşəbbüsləri və mədəni-humanitar əlaqələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşün yekunlarına dair bəyanat bu əməkdaşlıq formatının strateji xarakterini bir daha təsdiqlədi.

Bəyanatda irəli sürülən əsas tezislər – Türkmənistanın etibarlı inkişaf yolunda olması, Azərbaycan və Türkmənistan arasında mövqelərin üst-üstə düşməsi, türkmən xalqının Qarabağda məscid inşa etməsi təşəbbüsü, Özbəkistanın Xankəndidə tikiş fabriki və Füzulidə məktəb kimi infrastruktur layihələri ilə çıxış etməsi – üçtərəfli münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də sosial-iqtisadi və mədəni səviyyədə möhkəmləndiyini göstərir.

Azərbaycan və Türkmənistan xalqlarını tarixi, mədəni və dini dəyərlər birləşdirir. Prezident cənab İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, iki ölkə xalqları əsrlər boyu bir ailə kimi yaşamış, bu gün isə müstəqil dövlətlər kimi həmin ənənələri davam etdirirlər. Avaza görüşündə imzalanmış sənədlər, o cümlədən Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması barədə razılaşma, qardaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, Türkmənistanın Qarabağda məscid inşa etməsi təşəbbüsü dini-mənəvi yaxınlığın və birgə humanitar əməkdaşlığın bariz nümunəsidir. Bu addım yalnız Azərbaycan-Türkmənistan dostluğunun möhkəmləndirilməsinə deyil, həm də işğaldan azad edilmiş Qarabağın dirçəlişinə töhfə verəcəkdir.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər son illərdə “sözdə yox, əməldə qardaşlıq” prinsipi üzərində formalaşır. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki və Füzulidə inşa olunmuş 960 şagirdlik məktəb bunun konkret nümunələridir. Hər iki layihə həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, yeni iş yerlərinin açılması bölgənin sosial rifahını yüksəldir, digər tərəfdən isə təhsil infrastrukturunun gücləndirilməsi gələcək nəsillərin inkişafına xidmət edir.

Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Özbəkistanın atdığı addımlar Azərbaycan üçün ən çətin dövrlərdə qardaşlıq dəstəyinin təzahürüdür. Bu, həm ikitərəfli münasibətlərin, həm də regional əməkdaşlıq perspektivlərinin real nəticələr verdiyini sübut edir.

Avaza Bəyanatında Azərbaycan, Türkmənistan və Özbəkistan arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələyə keçidi nəzərdə tutulur. Xüsusilə nəqliyyat, tranzit, logistika, enerji (elektroenergetika, neft və qaz) və mədəni əlaqələr sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd olunmuşdur. Bu, regionda “tarixi Zirvə görüşü” kimi qiymətləndirilən toplantının gələcəkdə davamlı mexanizmə çevrilə biləcəyini göstərir.

Qeyd edilməlidir ki, hər üç ölkə beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyə malikdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşir, Türkmənistan Orta Dəhlizdə mühüm tranzit ölkəsidir, Özbəkistan isə Mərkəzi Asiya iqtisadiyyatının aparıcı oyunçularından biridir. Bu üçlük, əslində, Avrasiya məkanında yeni əməkdaşlıq modelinin əsasını qoya bilər.

2025-ci il 22 avqust tarixində Avazada qəbul edilən bəyanat Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Bu sənədin mahiyyəti yalnız siyasi münasibətlərin bəyanatı ilə məhdudlaşmır, həm də konkret iqtisadi, sosial və mədəni layihələrin həyata keçirilməsinə yönəlmiş praktiki yol xəritəsini ehtiva edir.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iradəsi nəticəsində formalaşan üçtərəfli əməkdaşlıq formatı regional sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq yalnız iştirakçı ölkələr üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb edən yeni siyasi və iqtisadi platforma kimi qiymətləndirilə bilər.

Kəmalə Abbasova

Tarix müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri