Icma.az
close
up
RU
Aviasiya ekspert: Sərnişinlərin bir qisminin həyatının xilas edilməsində təyyarə ekipajının xidməti əvəzsizdir

Aviasiya ekspert: Sərnişinlərin bir qisminin həyatının xilas edilməsində təyyarə ekipajının xidməti əvəzsizdir

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer ERJ-190” tipli təyyarəsinin qəzaya uğramasından sonra sağ qalanlar buna görə son ana qədər təyyarəni xilas etməyə çalışan pilotların peşəkarlığına borcludurlar.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Mülki Aviasiya Komitəsinin sədrinin keçmiş müavini, aviasiya eksperti Serik Muxtıbayev deyib.

Onun sözlərinə görə, ekipaj komandiri enişin mümkün ola biləcəyi ən yaxın aerodrom kimi Aktau hava limanını seçib.

"Problemlər çox güman ki, hidravlik sistemlərdə olub. Təyyarənin pilotları, görünür, onu yalnız mühərrikin hərəkət qüvvəsi ilə idarə etməyə çalışıblar ki, bu da son dərəcə çətindir, buna görə də onlar eniş üçün ən optimal trayektoriyanı və yeri seçməyə çalışıblar", - S.Muxtıbayev qeyd edib.

Onun fikrincə, qəzaya uğramış təyyarənin ekipajı hava gəmisini müəyyən qədər uğurla yerə endirmək üçün mümkün olan hər şeyi edib.

"Təəssüf ki, onların həlak olması barədə məlumat var, lakin onlar sərnişinlərin bir hissəsini xilas ediblər. Hesab edirəm ki, burada ekipajın xidməti şübhəsizdir. Yəni məhz ekipajın peşəkarlığı Xəzər dənizi üzərindən uçaraq quruda enmək imkanı verdi. Komandirin 15 min saatdan çox uçuş təcrübəsi olub. Onların etdikləri, yəni təyyarəni hava limanına qədər çatdırmaları və mümkün qədər təhlükəsiz eniş etmək cəhdləri yalnız ekipajın peşəkarlığı sayəsində mümkün olub", - aviasiya eksperti deyib.

S.Muxtıbayev faciənin səbəbləri barədə tələsik nəticələr çıxarmayaraq qeyd edib ki, hər şey qara qutunun məlumatlarından asılı olacaq.

Onun sözlərinə görə, təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün yerüstü xidmətlər bu dəfə vaxtında işləyiblər - operativ gəliş, insanların təxliyəsi və xəstəxanaya yerləşdirilməsi - bütün bunlar insanların həyatının xilas edilməsində mühüm rol oynayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 26 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri