Icma.az
close
up
RU
Avro 2024: D qrupuna baxış

Avro 2024: D qrupuna baxış

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına üç gün vaxt qalıb. Artıq komandalar yekun heyətlərini açıqlayıb, turnirin hazırlıqlarına başlayıblar. Ötən yazımızda C qrupunun iştirakçılarından bəhs etmişdik. İndi D qrupunda yer alan komandalar və onların tarixi, Avropa çempionatlarındakı çıxışlarından diqqətçəkən məqamları təqdim edəcəyik.

C qrupunun iştirakçıları: Polşa, Niderland, Fransa, Avstriya

Polşa – FIFA reytinqi 28

Polşa yığması tarixində beşinci dəfə turnirin əsas mərhələsində mübarizə aparacaq. Komandanın buna qədər ən yaxşı göstəricisi 2016-cı ildə beşinci olmaqdır. Polşalılar həmin vaxt 1/4 finalda çempion Portuqaliyaya penaltilər seriyasında məğlub olub. Polşa futbolu son dönəmlərdə durğunluq dövrünü yaşayır. Bir-iki oyunçu çıxmaqla demək olar, Avropada yüksək səviyyədə çıxış edən adlar yoxdur. Bu da komandadan gözləntiləri aşağı salır. Əlavə olaraq, hücumçu Robert Levandovski, Arkadiuşun Milikin gözlənilməz zədəsi planları pozub.

Polşa yığmasının dəyəri 210 milyon avrodur. Komandaya Mixal Probej rəhbərlik edir. O, 2023-cü ilin sentyabrından yığmanı çalışdırır. Komanda Avro-2024-ə hazırlıq çərçivəsində Ukrayna və Türkiyəni məğlub edib. Heyətdə Levandovski ilə yanaşı, Sebastyan Şimanski, Nikola Zalevski, Yakub Kivior kimi potensiallı oyunçular var. Polşa turnirin sürpriz potensialı olan komandalardandır.

Heyət:

Qapıçılar: Voytsex Şensnı (“Yuventus”, İtaliya), Lukaş Skorupski (“Bolonya”, İtaliya), Martsin Bulka (“Nitsa”, Fransa), Olivye Zix (“Puşça Niepolomise”)

Müdafiəçilər: Yan Bednarek (“Sauthempton”, İngiltərə), Bartoş Bereszinski (“Empoli”, İtaliya), Pavel Boxneviç (“Herenven”, Niderland), Pavel Davidoviç (“Verona”, İtaliya), Yakub Kiever (“Arsenal”, İngiltərə), Timoteuş Puxaç (“Kayzerslautern”, Almaniya), Bartoş Salamon (“Lex”)

Yarımmüdafiəçilər: Pşemislav Frankovski (“Lans”, Fransa), Kamil Qrosiçki (“Poqon”), Yakub Moder (“Brayton”, İngiltərə), Yakub Petrovski (“Ludoqorets”, Bolqarıstan), Taras Romançuk (“Yaqelloniya”), Bartiş Sliş (“Atlanta Yunayted”, ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbağça”, Türkiyə), Mixal Skoras (“Brügge”, Belçika), Katsper Urbanski (“Bolonya”, İtaliya), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya)

Hücumçular: Adam Buksa (“Lans”, Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Arkadiuş Milik (“Yuventus”, İtaliya), Kşiştof Pentek (“Başakşəhər”, Türkiyə ), Karol Sviderski (“Verona”, İtaliya).

Niderland – FIFA reytinqi 7

Turnirin sürpriz favoritlərindən “narıncılar” son dönəmlərdə enişdədir. Heyətin yenilənməsi və təcrübəli oyunçu çatışmazlığı komandada əsas problemlərdəndir. Bununla yanaşı, son günlərdə zədə alan Frenki de Yonq və Teun Koopmeynersin yoxluğu milli üçün problem yaradacaq. Qrupda Fransa ilə yanaşı, favorit olan Niderlandın hansı nəticəyə imza atacağı maraqla qarşılanır. Ümumiyyətlə, komanda buna qədər 10 dəfə Avropa çempionatlarında yarışıb. “Narıncılar”ın ən böyük uğuru 1988-ci ildə çempionluq olub. Komanda son turnirdə 1/8 finalda mübarizəni dayandırıb.

Milliyə 61 yaşlı mütəxəssis Ronald Kuman rəhbərlik edir. O, 2023-cü ilin yayından yığmanı çalışdırır. Komandanın heyətinin dəyəri 765 milyon avrodur. Niderlandda Ceremi Frimponq, Kodi Qakpo, Xavi Simons, Matteys De Liqt, Vircil Van Dayk kimi ulduz futbolçular yer alır.

Heyət:

Qapıçılar: Bart Verbruqqen (“Brayton”, İngiltərə), Mark Flekken (“Brentford”, İngiltərə), Yustin Beylo (“Feyenord”)

Müdafiəçilər: Matteys de Liqt (“Bavariya”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Natan Ake (“Mançester Siti”, İngiltərə), Ceremi Frimponq (“Bayer 04”, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Stefan de Vrey (“İnter”, İtaliya), Lutsharel Qertryuyda (“Feyenord”), Denzel Dyumfris (“İnter”, İtaliya), Mikki van de Ven (“Tottenhem”, İngiltərə)

Yarımmüdafiəçilər: Corcinio Veynaldum (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Kodi Qakpo (“Liverpul”, İngiltərə), Frenki de Yonq (“Barselona”, ​​İspaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Yerdi Sxouten (PSV), Ticani Reynders ( “Milan”, İtaliya), Doniell Malen (“Borussiya” Dortmund, Almaniya), Ten Kopmeyners (“Atalanta”, İtaliya), Steven Berqveyn (“Ayaks”), Rayan Qravenberx (“Liverpul”, İngiltərə) ), Yoey Verman (PSV)

Hücumçular: Memfis Depay (“Atletiko”, Madrid, İspaniya), Vaut Veqxorst (“Hoffenhaym”, Almaniya), Brayan Brobbi (“Ayaks”).

Fransa – FIFA reytinqi 2

Hazırda dünyanın ən yaxşı komandalarından hesab olunan fransızlar turnirin də favoritidir. “Xoruzlar” buna qədər 10 dəfə Avropa çempionatlarında yarışıb. İki “qızıl”ı olan Fransa yığması Avro-2016-da gümüş medal qazanıb, Avro-2020-də isə 1/8 finalda mübarizəni dayandırıb.

Fransa millisinə Didye Deşam rəhbərlik edir. Komanda onun başçılığı altında DÇ-2018-in qalibi olub. Fransanın heyətinin dəyəri isə 1,23 milyard avrodur. Bu, turnirin ən bahalı ikinci komandasıdır (birinci İngiltərə). Avro-2024-də diqqətlər həm də Fransanın hücumçusu Kilian Mbappedə olacaq. Yenicə “Real”a keçidini tamamlayan 25 yaşlı forvard bombardir olmağa da əsas namizədlərdəndir.

Heyət:

Qapıçılar: Alfons Areola (“Vest Hem”), Mayk Menyan (“Milan”), Bris Samba (“Lans”)

Müdafiəçilər: Jül Kunde (“Barselona”), Conatan Kloss (“Marsel”), Benjamin Pavar (“İnter”), İbraima Konate (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano (“Bavariya”), Teo Ernandes (“Milan”), Ferlan Mendi (“Real”, Madrid)

Yarımmüdafiəçilər: Seko Fofana (“Əl-İttifaq”), Adrian Rabio (“Yuventus”), Varren Zair-Emri (PSJ), Orelen Çuameni (“Real”, Madrid), Antuan Qrizmann (“Atletiko”, Madrid), Nqolo Kante (“Əl-Hilal”)

Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman (“Bavariya”), Olivye Jiru (“Los-Anceles”) Kolo Muani (PSJ) Kilian Mbappe (PSJ), Markus Türam (“İnter”).

Avstriya – FIFA reytinqi 25

Qrupun “zəif bəndi” avstriyalılardır. Buna baxmayaraq, komandanın sürprizə imza atmaq potensialı var. Avstriyalılar buna qədər üç dəfə turnirdə iştirak edib. Ən yaxşı nəticə son turnirdə 1/8 finala yüksəlmək olub.

Milliyə Ralf Ranqnik rəhbərlik edir. O, 2022-ci ilin yayından yığmanın sükanı arxasındadır. Ranqnikli Avstriya son yoldaşlıq görüşlərində İsveçrə ilə heç-heçə edib (1:1), Serbiyaya qalib gəlib (2:1). Heyətin dəyəri 237 milyon avrodur. Komandada Konrad Laymer, Kevin Danso, Marsel Sabitser kimi bacarıqlı oyunçular var. Avstriya qrupda zəif komanda kimi görünsə də, istər Fransa, istərsə də Niderlandı büdrətmək potensialındadır.

Heyət:

Qapıçılar: Heyns Lindner (“Yunion”, Belçika), Niklas Hedl (“Rapid”), Patrik Pents (“Brondbü”, Danimarka), Tobias Laval (LASK)

Müdafiəçilər: Flavius Danilik (“Zalsburq”), Kevin Danso (“Lans”), Leopol Qerfeld (“Rapid”), Maksimilian Vober (“Borussiya”, Almaniya), Filipp Lenhart (“Frayburq”, Almaniya), Filipp Mvene (“Maynts”, Almaniya), Stefan Layner (“Borussiya”, Almaniya), Stefan Poş (“Bolonya”, İtaliya)

Yarımmüdafiəçilər: Aleksander Prass (“Şturm”), Kristof Baumqartner (“Lepysiq”, Almaniya), Florian Qrilliş (“Hoffenhaym”, Almaniya), Florian Kayns (“Köln”, Almaniya), Konrad Laymer (“Bavariya”, Almaniya), Marsel Sabitser (“Borussiya” Dortmund, Almaniya), Marko Qrull, Mattias Sedl (hər ikisi Avstriya), Nikolas Seyvald (“Leypsiq”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya), Romano Şmid (“Verder”, Almaniya), Terno Ballo (“Volfsberqer”)

Hücumçular: Andreas Veymann (“Vest Bromviç”, İngiltərə), Marko Arnautoviç (“İnter”, İtaliya), Maksimilian Entrup (“Hartber”, Avstriya), Mixael Qreqoriş (“Frayburq”, Almaniya)

D qrupunun təqvimi:

16 iyun: Polşa – Niderland, Avstriya – Fransa
21 iyun: Niderland – Fransa, Polşa – Avstriya
25 iyun: Fransa – Polşa, Niderland – Avstriya

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 May 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see313

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see291

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see272

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see197

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see195

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see193

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see191

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see191

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see190

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see186

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see185

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see185

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see184

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see182

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri