Avro ilə dollar bərabərləşəcək PROQNOZ
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ dollarının avroya nəzərən bahalaşması tendensiyası yeni ilin ilk günlərində də davam edib.
Sfera.az beynəlxalq birjaların məlumatlarına istinadən xəbər verir ki, hazırda bir avro 1,03 dollara bərabərdir.
Son aylarda iki valyuta arasında ən yüksək məzənnə 2024-cü ilin sentyabrın sonunda qeydə alınmışdı. Həmin günlərdə bir avro 1,11 dollardan baha idi. Ötən 3 ay ərzində avro dollara nəzərən 7,2 faiz ucuzlaşıb.
Avronın ucuzlaşması Azərbaycanda da müşahidə edilir. Azərbaycanın böyük banklarında bir avro 1,75 manata alınır, 1,79-1,8 manata satılır. Üç ay öncə isə avro 1,85-ə alınıb 1,9-dan baha satılırdı.
Xarici analitiklərin rəylərinə görə, avro ilə dollar arasında olan məzənnə paritet həddinə (1 avro=1 dollar) qədər ucuzlaşacaq.
Son 3 ayın dinamikası göstərir ki, belə bir proqnozun gerçəkləşməsi realdır.
Vasif
Baxış sayı:69
Bu xəbər 04 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















