Icma.az
close
up
RU
Dollar bahalaşacaq? PROQNOZ

Dollar bahalaşacaq? PROQNOZ

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Donald Tramp administrasiyasının həyata keçirdiyi iqtisadi və geosiyasi qərarlar, xüsusilə vergi islahatları və proteksionist ticarət siyasətləri (məsələn, Çinlə ticarət müharibəsi), ABŞ iqtisadiyyatına müsbət impuls verməklə yanaşı, həm də ABŞ dollarının güclənməsinə səbəb olub. Belə hallarda investorlar dollarla nominallaşmış aktivlərə yönəlir, nəticədə ABŞ dollar indeksi artım nümayiş etdirir”.

Bunu iqtisadçı ekspert Murad Calalov Metbuat.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, qlobal makroiqtisadi göstəricilərdən biri kimi qızıl adətən dollarla əks-korrelyasiyada hərəkət edir:

“Yəni, dollar gücləndikcə, qızılın dəyəri azalır və əksinə. Lakin bu münasibət bazarda baş verən fundamental və texniki faktorların təsiri altında zaman-zaman pozula bilər. Məsələn, qlobal risklər artdıqda həm dollar, həm də qızıl təhlükəsiz liman aktivləri kimi dəyər qazana bilər. Bununla yanaşı, bazarda tez-tez süni intervensiyalar və manipulyasiyalar müşahidə olunur. Böyük institusional investorlar (hedge fondlar, mərkəzi banklar və s.) yüksək həcmdə əməliyyatlarla qiymətləri qısa müddətli dəyişə bilirlər. Bəzən də dövlətlər və ya iri maliyyə qurumları geosiyasi açıqlamalar və ya monetar siyasətlə bağlı bəyanatlarla bazar iştirakçılarının psixologiyasına təsir göstərərək, qiymətləri istədikləri istiqamətdə yönəldə bilirlər”.

Ekspert qeyd edib ki, texniki və fundamental analiz əsasında formalaşdırılmış proqnozlar belə, bazarın real hərəkəti ilə ziddiyyət təşkil edə bilər:

“Bu isə analitiklər və fərdi treyderlər üçün ciddi risk faktorudur. Belə hallarda bazarda qısa müddətli volatillik artır və qiymət dəyişmələri təbii bazar reaksiyalarından daha çox manipulyativ impulslarla hərəkət edir. Bundan əlavə, xüsusilə qlobal makroiqtisadi hadisələr fonunda (FED qərarları, inflyasiya göstəriciləri, əmək bazarı dataları və s.) qiymətlərdə “gap” effekti müşahidə olunur, yəni, bazar müəyyən məlumatlara qeyri-adi, kəskin reaksiya verir. Bu isə investorlardan daimi bazar nəzarəti və çevik reaksiya tələb edir. Al-sat qərarları vaxtında verilmədikdə, bir neçə saat ərzində belə böyük zərər və ya fürsət itkisi ilə nəticələnə bilər”.

M.Calalovun sözlərinə görə, bütün bu faktorlar göstərir ki, müasir maliyyə bazarlarında yalnız texniki və fundamental analiz kifayət deyil. Həmçinin likvidlik axınları, bazar sentimenti və institusional davranışların analizi də vacib komponentlərə çevrilmişdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri