Icma.az
close
up
RU
Avro möhkəmlənir, amma dünya hələ də dollara sadiqdir

Avro möhkəmlənir, amma dünya hələ də dollara sadiqdir

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avronun son aylarda möhkəmlənməsi ixracatçılar üçün çətinlik yaratsa da, bu tendensiya onun qlobal dominantlığa iddialı olacağı anlamına gəlmir. Avrozona həm maliyyə arxitekturası, həm də müdafiə qabiliyyəti baxımından hələ dollarla rəqabətə hazır deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyinə müsahibəsində Avropa Mərkəzi Bankının (AMB) vitse-prezidenti Luis de Qindos məlumat verib.

"Fikrimcə, ABŞ dollarının qısamüddətli perspektivdə ehtiyat valyuta kimi rolu sual altına alınmayacaq", deyə o bildirib.

2024-cü ilin sonuna olan məlumata görə, dünya valyuta ehtiyatlarının təxminən 58%-i dollarda saxlanılıb. Bu göstərici on il əvvəlkindən 10 faiz bəndi az olsa da, avronun payı təxminən 20% olaraq demək olar ki, dəyişməyib. Qazanclı çıxan isə kiçik və regional valyutalar olub.

Luis de Qindos əlavə edib ki, ABŞ-ın maliyyə xərclərinin artması və siyasi qeyri-sabitlik dolların nüfuzuna müəyyən suallar yaratsa da, Federal Ehtiyat Sisteminin (FED) etibarlılığı hələ də mübahisəsizdir. Onun sözlərinə görə, bəzi avrozonaya daxil ölkələrin mərkəzi bankları tərəfindən FED-in Nyu-York şöbəsində saxlanılan qızıl ehtiyatları o qədər etibarlıdır ki, siyasi qeyri-sabitliyə baxmayaraq onların başqa yerə köçürülməsi heç müzakirəyə çıxarılmayıb.

Qeyd olunur ki, son üç ayda avro dollar qarşısında 11% bahalaşaraq 12 iyun 2025-ci il tarixində son dörd ilin maksimum səviyyəsinə – 1,1632 dollara çatıb.

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard may ayında verdiyi açıqlamada avronun gələcəkdə dolların alternativi ola biləcəyini və bunun Avropa İttifaqı üçün böyük iqtisadi üstünlüklər verəcəyini bildirmişdi. Onun fikrincə, bunun üçün üzv ölkələrin maliyyə sistemini və təhlükəsizlik arxitekturasını daha da gücləndirməsi vacibdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyun 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri