Icma.az
close
up
RU
Avrodollar son iki ilin minimumuna düşüb Yol paritetə gedir?

Avrodollar son iki ilin minimumuna düşüb Yol paritetə gedir?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avro cümə günü Avrozonada biznes aktivliyinin azalması (PMI) ilə bağlı məlumatlardan sonra iki ilin ən aşağı səviyyəsinə düşüb. Bu, bazarların Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrinin azaldılmasına dair proqnozlarını artırmasına səbəb oldu, eyni zamanda, bitcoin 100 min dollara yaxın rekord həddə çatdı.

Banker.az xəbər verir ki, avro 1%-dən çox ucuzlaşaraq 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşdü və gün ərzində 0.6% azalaraq $1.03 səviyyəsinə enib. Məlumatlar göstərdi ki, iqtisadi blokun əsas xidmətlər sektoru daralır, istehsal isə daha dərin resessiyaya qərq olub.

Bazarlar həmçinin ECB-nin faiz dərəcələrini azaltması ehtimallarını artırıb və dekabr ayında 50 baza bəndi həcmində daha böyük bir azalma ehtimalını 50%-dən çox qiymətləndirir.PMI göstəriciləri ECB və avro üçün bəlkə də ən vacib məlumat mənbəyidir, “ING” valyuta strateqi Francesco Pesole Reuters-ə bildirib. O qeyd edir ki, “Açıqlamalar demək olar ki, nəzərə alınmayan bir vəziyyətdən siyasət qərarları üçün faktiki kritik bir göstəriciyə çevrilib.”

Banker.az-ın bu xəbərlə əlaqəli analitik yazıları:

Trampın gəlişi Çini çətin duruma salıb: Yuanda sabitlik, yoxsa devalvasiya?

“Trump 2.0” – Niyə ABŞ dollarının güclənməsi qlobal bazarlarda qeyri-sabitliyə səbəb ola bilər?

Hamının gözü avro-dollar cütlüyündədir – Vəziyyət bu qədərmi pisdir?

Trampın qələbəsi avro-dolları paritet (1 avro=1 dollar) səviyyəyə doğru aparır

Avro İsveçrə frankına qarşı da 0.44% ucuzlaşıb. İngiltərə PMI məlumatlarının zəif olmasından sonra funt sterlinqə qarşı əvvəlki ucuzlaşmalarını qismən bərpa edib.

Avro ABŞ dollarına qarşı Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra zəifləməyə davam edir. Rusiya və Ukrayna arasındakı döyüşlərin eskalasiyası və avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada siyasi qeyri-müəyyənlik son həftələrdə valyutanın zəifləməsinə əlavə təzyiq göstərib.

İngiltərə funtu da təzyiq altındadır, $1.257 səviyyəsində 0.5% ucuzlaşıb. Bu, oktyabr ayında İngiltərədə pərakəndə satışların gözləniləndən daha çox azalması və biznes aktivliyinin bir ildən çox müddətdə ilk dəfə daralması fonunda baş verib.

İqtisadi artımın daha da yavaşlamasına dair əlavə işarələr İngiltərə Bankını monetar mövqeyini yumşaltmağa vadar edə bilər.

Altı əsas valyutaya qarşı dolları izləyən indeks 0.43% artaraq 107.5 səviyyəsinə çatıb. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri