Icma.az
close
up
RU
Avrointeqrasiya macəraları: siyasi xəyalpərəstliyin acı sonu

Avrointeqrasiya macəraları: siyasi xəyalpərəstliyin acı sonu

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın məşhur ziyalılarından biri 90-cı illərdə belə demişdi: "Bəzi adamlar SSRİ-nin xalq artisti olmaq istəyirdi, amma onlar xalq artisti olana qədər SSRİ dağıldı".

Bəzi ölkələr də özünü qorumaq üçün NATO-ya can atırdı, indi vəziyyət elə gətirib ki, NATO özünü qorumaqda çətinə düşüb. Təkcə Rusiyadan yox, elə özünün ən böyük üzvündən -ABŞ-dan.

Bəzi ölkələr isə havayı "pul içində üzmək" üçün Avropa İttifaqına doğru meyllənəndə, Avropada nə pul qalıb, nə ittifaq; Rusiya qorxusu aqressivcəsinə silahlanmaya ehtiyac yaradıb, bu da çox nəhəng maliyyə məsrəfləri deməkdir.

Bir var, silahı satıb pula çevirmək, qazanc əldə etmək üçün buraxasan, bir də var, havayı göndərəsən, Ukrayna çöllərində metalloma çevrilə. Üstəlik bir də Amerikanın ticarət müharibəsində hədəf taxtasına qoyulasan.

Bir sözlə, Avropalı liderlərinin işi ağırdır, bu, öz yerində. amma Avropaya inteqrasiya nağıllarına inanan balaca ölkələrdəki hökumətlərin işi isə bundan da çətindir.

ABŞ Rusiya ilə Ukrayna haqqında özü danışır; Cozef Bayden Avropa liderlərini Putinlə necə baş-başa vurubsa, bəziləri Almaniya kansleri Olaf Şolts kimi "gicəllənib yıxılıb", bəziləri də Fransa prezidenti Emmanuel Makron kimi ayaq üstündə güc-bəla dayanır, yeriyəndə də ayaqları bir-birinə dolaşır. Hələ əllərinə fikir verin: Makron Trampın qəbulunda əllərini bilmirdi hara qoysun. Bu, Makronun aşkar snabizmindən xəbər verir. O, öz yerində olmadığını, Donald Tramp qarşısında acizliyini, əzildiyini gizlədə də bilmədi.

Ermənistanın arxalandığı Fransa prezidenti Amerika liderinin qarşısında dərsini bilməyən uğursuz şagird vəziyyətinə düşdü, bunu da hamı gördü. Hamı gördü ki, öz duruşunu az-çox qoruyan yenə də Böyük Britaniyanın baş naziri Keyr Starmer oldu.

Makronu Trampın mətbuat katibi eyvanda qarşılamışdı. Özü də Ağ Evin eyvanında. Starmeri isə Amerika Birləşmiş Ştatlarının prezidenti özü şəxsən Ağ Evin giriş qapısında qarşıladı. Bu, o demək idi ki, Donald Tramp Avropada bir lider tanıyır, o da Britaniyanın baş naziridir. Bu postu tutan şəxsin kimliyi önəm daşımır.

ABŞ prezidenti Ukraynanın sərvətlərinə dair biznes sövdələşməsi edəndə Avropanın fikrini soruşmur, amma Ukraynanın, deməli, həm də ABŞ maraqlarının təhlükəsizliyini Fransaya və Britaniyaya tapşırır. Belə görünür ki, Rusiya ilə sülhü ABŞ özü bağlayacaq, bu sülhü öz hərbi gücü ilə qorumağı isə Avropanın - Böyük Britaniyanın və Fransanın üzərinə vəzifə olaraq qoyur.

Almaniyaya da, yəqin, ayrıca bir rol biçiləcək; Fridrix Mertsin yeni koalisiyanı formalaşdırması uzun çəkər, özünün dediyinə görə, aprelə qədər uzanacaq. Tramp hələ bilmir, Almaniyada kiminlə danışsın. Ukraynadakının bənzəri bir vəziyyətdir. Amma fərqli bir bənzərlikdir; Tramp Volodimir Zelenskini Ukraynanın "seçkisiz diktatoru" adlandırmışdı. Almaniyanı isə hələ də (hələlik!) yenidən seçilə bilməmiş demokrat (hətta sosial-demokrat) Olaf Şolts idarə edir. Berlində siyasi hakimiyyət konfiqurasiyası bəlli olandan sonra, ABŞ alman hökumətinə də Ukraynada bir "siyasi podrat" verəcək. Polşaya gəlincə, o, onsuz da ABŞ-ın dövlət düşüncəsində çoxdan "bufer ölkə" olaraq qalır.

Odur ki, Ağ Evin sahibi dəyişəndən sonra postsovet məkanında da Avrointeqrasiya şüarı çox ciddi zərbə aldı. Avropa liderləri Gürcüstana: "Rusiyaya, Çinə tərəf dönmək olmaz, haqqın yolu Avropaya inteqrasiyadır" deyəndə, təsəvvür edə bilməzdilər ki, Trampın basqılarından müdafiə olunmaq üçün özləri Çinə qucaq açmalı olacaqlar. Üstəlik, Rusiya ilə dil tapmağın yollarını axtatacaqlar. Bunu kim bilə bilərdi!

Rusiya Ukraynada zəbt elədiyi ərazilərdən çəkilməyənə qədər, Putinlə bir masa arxasında oturmayacaqlarına "and içən", Zelenskini ayaqüstə alqışlayan Avropalılar indi ABŞ-Rusiya masasının bir qırağında oturmaq üçün yer axtarır, bundan ötrü Donald Trampa minnətçi düşüblər.

Ermənistan məhz bu siyasətçilərə arxalanıb, nəinki Rusiya ilə siyasi münasibətləri kəsməyə həvəslənmişdi, hətta Çinlə də dialoqu düzgün qurmamışdı. Pekinlə İrəvan arasındakı gərginlik məlumdur. Xüsusilə Ermənistanın Hindistanla hərbi-siyasi platformalarda yaxınlaşması Çini razı sala bilməzdi. Azərbaycan isə Çinlə də, Rusiya, ABŞ və Avropa İttifaqı ilə də bəlli siyasi məsafələri qoruyur.

Bu, heç də hamıdan eyni məsafədə dayanmaq deyil; belə bir şey mümkün də deyil. Kiminləsə daha yaxın, kiminləsə də bir az uzaq olmaq, ümumilikdə ölkə üçün geopolitik tarazlığı pozmur. Hamı ilə bütün məsələlərdə yüzdə yüz həmrəy, həmahəng ola bilməzsən. Dövlətlər də insanlar kimidir; dövlət elə insanların təşkilatlanmış formasıdır. Bu səbəbdən balans axtatarkən də, maraqları uzlaşdırmaq lazım gəlir, "idealist" neytrallıq işə yaramaz. Balans real güclər, real maraqlar və real hədəflər arasında olur. Geopolitik xəyalpərəstlərin qurduğu dizüstü strategiyalar onları hər zaman baş aça və başa çıxa bilməyəcəkləri macəralara sürükləyir və üzüstə yerə çaxır. Misalı Ermənistan.

Dünya siyasətindəki yeni trendlər rəsmi İrəvanı məcbur edir ki, ənənəvi ritorikanı bəzi məqamlarda dəyişsin, bəzi məqamlarda yumşaltsın. Bu da həmin dövləti etibarsız tərəfdaş olaraq (yəni olduği kimi) tanıdır.

Cənubi Qafqazda Azərbaycan yeganə dövlətdir ki, öz geosiyasətini möhkəm özüllər üzərinə oturdub. Başqaları "ingilis bayrağı" kimi gah o yana, gah bu yana əsəndə, Azərbaycan öz duruşunu dəyişmir.

Reallıqları nəzərə almaq bir şeydir, prinsiplərdən imtina edilməsi başqa bir şey. Azərbaycan dəyişən reallıqları öz prinsiplərini dəyişmədən nəzərə alır. Hazırda Cənubi Qafqazın daha bir dövləti - Gürcüstan da son seçkilərdən sonra bu yolu - Azərbaycanın üslubunu seçib, bütün çətinliklər rəğmən, bu yolla getməyə çalışır. Bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili özü Azərbaycanın REAL televiziya kanalına geniş müsahibəsində açıq söyləyib. Gürcüstan cəmiyyəti və hökuməti də axır bu qənaətə gəldi ki, indiki reallıqlarda Avrointeqrasiya tipli siyasi macəralar nəinki perspektivsizdir, hətta təhlükəlidir. Beləliklə, dəyişən dünya düzəni fonunda Azərbaycanın xarici siyasət xətti nəinki doğrudur, hətta inkişaf etməkdə olan ölkələr üçün bir nümunə xarakteri daşıyır. Əlbəttə ki, hər ölkənin öz xüsusi spesifikası nəzərə alınmaq şərtilə.

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Fevral 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri