Icma.az
close
up
RU
Gürcüstanın Avrointeqrasiya İmtinası: Cənubi Qafqazda yeni siyasi manevr

Gürcüstanın Avrointeqrasiya İmtinası: Cənubi Qafqazda yeni siyasi manevr

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan hökuməti Avropa İttifaqı ilə 2028-ci ilədək üzvlük danışıqlarının başlanması məsələsindən imtina etdiyini açıqlayıb. Baş nazir İrakli Kobaxidze partiyası "Gürcü Arzusu – Demokratik Gürcüstan"ın qərarını brifinqdə elan edərək, Avropa İttifaqının büdcə qrantlarından da imtina etdiklərini bildirib. Bu qərar, Avropa ilə olan münasibətlərin gərginləşməsinə və Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına səbəb olub.

Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsəddullazadə,“Gürcü Arzusu” partiyasının bu addımını Gürcüstanla Avropa İttifaqı arasında ciddi bir böhran olaraq qiymətləndirib.

Siyasi sərhçi qeyd edib ki, “Gürcü Arzusu” partiyası avrointeqrasiya siyasətindən imtina etdi:

 “Bununla da  hakim partiya Avropa İttifaqının təlimatı ilə siyasət həyata keçirməyəcək. Gürcüstan hökuməti  müstəqil siyasət apararaq Moskva ilə münasibətləri normallaşdırmağa, ərazi bütövlüyünü təmin etməyə çalışır. Lakin Tiflis və Gürcüstanın bir sıra  şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb. Gürcüstan küçələrinə toplaşan kütləyə xalq demək olmaz. Çünki burada kütləvi şəkildə inqilabi proseslərə gətirəcək bir proses yoxdur. Sadəcə olaraq, vətəndaş cəmiyyəti institutları, partiyaların fəalları bu etirazlarda iştirak edir. Təbii ki, bu bəyanat Avropa İttifaqının Cənubi Qafqaz siyasətini  zəiflədəcək. Cənubi Qafqazda Avropa İttifaqı Ermənistan üzərindən siyasət aparacaq və bu ölkədə daha çox təmərküzləşəcək”

M. Əsəddullazadənin fikrincə, Gürcüstanın Avrointeqrasiya siyasətindən imtina etməsi, həmçinin viza məsələsinin ortadan qalxmasına səbəb ola bilər. Bundan əlavə, Avropa İttifaqının Gürcüstana qarşı sanksiyalar tətbiq etmə ehtimalı da mövcuddur. 

Mehin Mehmanqızı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri