Avrokubokların finallarının hakimləri açıqlandı
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
UEFA qarşıdan gələn avrokubokların final matçlarına təyinat alan hakimlərin adlarını açıqlayıb.
Mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə PSJ ilə ''Arsenal'' arasında baş tutacaq Çempionlar Liqasının finalını almaniyalı Daniel Zibert idarə edəcək. Mayın 20-da İstanbulda yerləşən ''Beşiktaş Park''da baş tutacaq Avropa Liqasının finalında ''Frayburq'' ilə ''Aston Villa'' qarşılaşacaq. Bu oyuna fransalı Fransua Letesye təyinat alıb.
Əslində Letesye iki mövsümdü, UEFA-da ən yaxşı hakimdi. Sadəcə o, belə desək, PSJ-nin güdazına gedir. Paris nəhəngi iki ildi, finala yüksəldiyi üçün Letesye Avropanın ən mötəbər klub turnirində həlledici görüşə təyinat ala bilmir.
''Kristal Pelas'' ilə ''Rayo Valyekano'' arasında baş tutacaq Konfrans Liqasının finalını isə italiyalı Mauritsio Mariano idarə edəcək. Bu oyun mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək.
Baxış sayı:108
Bu xəbər 12 May 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















