Avroliqada 2 ci mərhələ start götürür
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsi start götürəcək.
QOL.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Türkiyə "Beşiktaş"ı evdə Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək.
Bu turun "Levski" (Bolqarıstan) və "Braqa" (Portuqaliya) ilə oyunlarının nəticələri Azərbaycan təmsilçisi "Sabah" üçün də əhəmiyyət daşıyır. Belə ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində görüşəcək.
Xatırladaq ki, 2-ci mərhələnin cavab matçları iyulun 31-də oynanılacaq.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
21:00. "Banik" (Çexiya) - "Legiya" (Polşa)
21:00. "Şerif" (Moldova) - "Utrext" (Niderland)
21:30. "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya)
21:30. "Midtülland" (Danimarka) - "Hibernian" (Şotlandiya)
22:00. "Çelye" (Sloveniya) - AEK (Kipr)
22:00. "Anderlext" (Belçika) - "Hakken" (İsveç)
22:00. "Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Ukrayna)
22:30. "Luqano" (İsveçrə) - ÇFR (Rumıniya)
Baxış sayı:43
Bu xəbər 24 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















