Icma.az
close
up
RU
Gəncəlilər “Qarabağ” üçün tam səfərbər olmuşdu Videoreportaj

Gəncəlilər “Qarabağ” üçün tam səfərbər olmuşdu Videoreportaj

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Uzun illər Azərbaycan çempionatında stadionlar dolu tribunalara həsrət idi. Sonuncu dəfə ölkə futboluna bu xoşbəxtliyi “Xəzər Lənkəran” bəxş etmişdi. Bir klub azarkeşi rəqibə çətin anları məhz “Fırtanalar meydanı”nda yaşada bilirdi. 

Əsas çempionatımızda ən çox iştirak edənlərdən olan “Kəpəz” son illərdə doğma şəhərdən ayrı düşmüşdü. Gah Tovuzda, gah Yevlaxda oynayan gəncəlilər nəhayət ki, doğma şəhərə qayıda bildilər. Futbolumuzun beşiklərindən sayılan Gəncədə yeni stadion tikildi. Yerli azarkeşlər də futbol üçün hər cür şəraitə malik yeni şəhər stadionunun haqqını verdilər. 

Elə ilk matçda tribunalar tam dolmuşdu. Sonrakı matçlarda da əsl futbol mənzərəsi yaradan gəncəlilər bu dəfə Azərbaycan futbolunun siması olan “Qarabağ” üçün tam səfərbər olmuşdu. Ağdam klubu mövsümün uğursuzlarından olsa da, rəqib azarkeşlərin belə qəlbində hələ də əsas iddialı komanda kimi qalır. 

“Qafqazinfo” olaraq Gəncə Şəhər Stadionuna məhz 2 gün əvvəldən biletləri satılan matç üçün yollandıq.

Gəncədə yağan yağış da azarkeşlərə mane ola bilməmişdi. Şəhər stadionu da ölkəmizdəki ən yaxşı futbol arenalarından biri sayıla bilər. Ən diqqətçəkən isə yaşlıların və xanımların da oyuna iki saat qalmış stadiona gəlməsi idi. Görünən odur ki, bu matçı səbrsizliklə gözləyirdilər.

“Qarabağ”ın rəqibləri qarşısında daim iddialı olmasının əsas göstəricilərindən biri yerli azarkeşlərin belə rəqib komandanın qələbəsinə inanması idi. Matç barədə fikirlərini soruşduğumuz azarkeşlərin də bəziləri Qurban Qurbanovun komandasının qələbə qazanacağı qənaətində idi. 

Hesab 0:0 olsa da, Gəncədə futbolun həyəcanı sonadək hiss olundu. Gəncəlilər isə oyundan sonra bu nəticəyə sevinirdilər. Elə Qurban Qurbanov da yerli azarkeşlərin istəyini, yaratdığı ab-havanı, rəqib komandanın doğma meydanda uduzmaq istəməməsini xüsusi qeyd etdi. Bu nəticənin onlar üçün də bir hədiyyə olduğunu bildirdi.

Gəncədən, bayram ab-havasında keçən matçdan hazırladığımız reportajı təqdim edirik.

Elsevər Məmmədov

Fidan Etibar

Foto-Video: Pərvin Zeynal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri