Manilada Azərbaycanın regional müqaviləyə qoşulması müzakirə edilib
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Filippinin paytaxtı Manilada keçirilən AİPA–Azərbaycan Dialoqunda ölkəmizin Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə qoşulması imkanları müzakirə edilib.
Modern.az xəbər verir ki, Milli Məclisin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasındakı (AİPA) nümayəndə heyətinin rəhbəri Zaur Şükürov noyabrın 19-da keçirilən dialoqda bu məsələ ilə bağlı təqdimatla çıxış edib.
Deputat Azərbaycanın region ölkələri ilə əməkdaşlıq imkanlarından danışıb, Zəngəzur dəhlizi və TRIPP layihəsi barədə məlumat verib.
AİPA üzvü olan ölkələrin parlamentariləri Azərbaycanla yaşıl enerji, nəqliyyat, ticarət, turizm, süni intellekt və minatəmizləmə sahələrində əməkdaşlığa maraq göstəriblər. Viza rejiminin sadələşdirilməsi də müzakirə olunan məsələlər arasında olub. Parlamentarilər Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişi alqışlayıblar.
Dialoq AİPA-nın 47-ci Baş Assambleyası çərçivəsində keçirilib. Assambleyada 11 üzv ölkə və 16 müşahidəçi parlamentdən ümumilikdə 224 nümayəndə iştirak edib. Milli Məclis 2022-ci ildən AİPA-da müşahidəçi statusuna malikdir.
Baxış sayı:94
Bu xəbər 23 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















