Icma.az
close
up
RU
Avronun dizaynı son 23 ildə ilk dəfə dəyişəcək

Avronun dizaynı son 23 ildə ilk dəfə dəyişəcək

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Mərkəzi Bankı 23 il əvvəl dövriyyəyə buraxılan avro əskinaslarının dizaynını ilk dəfə dəyişdirməyi planlaşdırır.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, dizayn dəyişikliyi əskinasların daha cəlbedici və tanınması üçün nəzərdə tutulub.

Qeyd olunur ki, Mərkəzi Bank hazırda əskinaslar üçün yeni dizayn axtarır. İki variant nəzərdən keçirilir - Avropa mədəniyyəti və ya təbiət görüntüləri.

Birinci halda altı nominallı avro əskinaslarının ön tərəfində Avropanın məşhur simaları təsvir olunacaq.  Əskinasların dəyərinin artan sırasına görə yunan opera müğənnisi Mariya Kallas, alman bəstəkarı Lüdviq van Bethoven, polyak-fransız alimi Mariya Küri, ispan yazıçısı Migel de Servantes, italyan rəssam və ixtiraçı Leonardo da Vinçi və avstriyalı sülh fəalı Berta fon Sattnerin təsvir olunması nəzərdə tutulur.

Əskinasların arxa tərəfində mahnı festivalı və ya kitabxana kimi mədəniyyət tədbirləri və ya obyektləri əks olunacaq. Hazırda əskinasların üzərində adsız körpülər və pəncərələr təsvir edilib.

Eyni zamanda, qeyd olunur ki, müstəqil ekspertlər qrupu tərəfindən təklif edilən və sonra Avropa Mərkəzi Bankı tərəfindən seçilən bu adlar 20 avrozona ölkəsindən yalnız altısını təmsil etdiyi üçün mübahisələrə səbəb ola bilər.

Mərkəzi Bank bu il əskinas dizaynları üçün müsabiqə elan edəcək və 2026-cı ildə seçim edəcək, baxmayaraq ki, yeni əskinaslar tədavülə yalnız bir neçə ildən sonra buraxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Fevral 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri