Kişi 4 uşağı olan gəlinini bıçaqlayaraq öldürdü Foto
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda ailədaxili mübahisə zamanı dörd uşaq anası Nihal Ç. qayınatası Mehmet Ç. tərəfindən dəfələrlə bıçaqlanıb. Hadisədən sonra qayınata jandarmaya təslim olub.
Bizim.Media xəbər verir ki, hadisə Çerkezköy rayonunun Kızılpınar məhəlləsində baş verib. İddialara görə, ailədaxili mübahisə zamanı qayınata Mehmet Ç. gəlini Nihal Ç.-yə dəfələrlə bıçaq zərbəsi vurub.
Ağır yaralanan qadına tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
İlkin tibbi yardım göstərildikdən sonra Nihal Ç. təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, qadın dünyasını dəyişib.
Jandarmada prosedurlar başa çatdıqdan sonra şübhəli məhkəməyə aparılıb. Növbətçi məhkəmənin qərarı ilə Mehmet Ç. barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

Bizim.Media
Baxış sayı:131
Bu xəbər 25 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















