Icma.az
close
up
RU
Avropa amerikalı alimləri ələ almağa çalışır VİDEO

Avropa amerikalı alimləri ələ almağa çalışır VİDEO

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Elm üçün Avropanı seçin” adlı konfransdakı çıxışında Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın siyasətindən narazı olan amerikalı alimlərin Avropaya köçməsini təklif edib.
“İqtisadi modeli azad elmə və innovasiyaya bu qədər əsaslanan bu böyük demokratiyanın belə bir səhvə yol verəcəyini heç kim təsəvvür edə bilməzdi. Azadlığı sevirsinizsə, gəlin və araşdırmaları burada aparın. Paris “Fransa 2030” investisiya proqramı çərçivəsində alimləri cəlb etmək üçün 100 milyon avro ayıracaq”, - Makron deyib.
Hələ Makronun çıxışından əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) aparıcı elm adamlarının Avropaya köçməsini asanlaşdırmağa və cəlb etməyə çalışdığını açıqlamışdı. Onun sözlərinə görə, Avropanı “tədqiqatçılar üçün maqnitə” çevirmək naminə 2025-2027-ci illərdə Aİ “stimul paketi”nə 500 milyon avro ayıracaq.
- Mən hesab edirəm ki, elm burada, Avropada gələcəyimizin açarıdır. Onsuz biz bugünkü qlobal çağırışların - səhiyyədən tutmuş yeni texnologiyalara, iqlimdən okeanlara qədər - öhdəsindən gələ bilmərik. Ona görə də, biz elmi həmişəkindən daha çox qorumalıyıq”, - AK-nin rəhbəri vurğulayıb.
Ursula fon der Lyayen bildirib ki, Aİ rəsmiləri ən yaxşı tədqiqatçılara daha uzunmüddətli perspektiv təklif etmək üçün Avropa Tədqiqat Şurası daxilində yeni yeddi illik “super-qrant” yaratmaq niyyətindədir.
“Avropa Tədqiqat Şurası sayəsində biz artıq Avropaya köçən tədqiqatçılara təqaüdlərinə əlavə pullar verməklə onları dəstəkləyirik. Onların bu il ala biləcəkləri məbləği ikiqat artırırıq. Mən bu dəstəyi 2026 və 2027-ci ilə qədər uzatmaq istəyirəm”, - xanım Lyayen söyləyib.
Paster Tədqiqat İnstitutunun rəhbəri Yasmin Belkeyd mart ayında “La Tribune Dimanche” nəşrinə verdiyi açıqlamada, ABŞ-də işləyən və evə qayıtmaq istəyən avropalı tədqiqatçıların, həmçinin artıq sərbəst şəkildə orada işləməyə davam edə biləcəklərinə əmin olmayan amerikalı alimlərin hər gün onunla əlaqə saxladıqlarını demişdi.
Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich) və Almaniyanın ən böyük “Helmholtz Birliyi” tədqiqat təşkilatı da daxil olmaqla, Avropanın digər aparıcı tədqiqat qurumları da ABŞ-də çalışan elm adamlarından artan müraciətlər aldıqlarını bildiriblər.
“Nature” jurnalının mart ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 75%-i (1200-dən çox alim) ABŞ-ni tərk etmək barədə düşündüyünü deyib. Hara köçə biləcəkləri ilə bağlı əsas seçimlər arasında sorğu iştirakçıları Kanadanı və Avropa ölkələrini göstəriblər.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri