Icma.az
close
up
RU
Avropa Azərbaycan münasibətləri mövzusunda dəyirmi masa

Avropa Azərbaycan münasibətləri mövzusunda dəyirmi masa

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LINKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir çərçivəsində “LINKS Europe” Fondunun direktoru Dennis Sammut Avropa-Azərbaycan münasibətlərini təhlil etməyin və perspektivlərini müzakirə etməyin tam vaxtı olduğuna diqqət çəkib. O vurğulayıb ki, 30 il ərzində Qarabağ məsələsi təkcə siyasi gündəmi deyil, həm də insanların düşüncəsini zəbt edib. İndi isə Qarabağ Azərbaycana qayıdıb və Ermənistanla sülh perspektivi yaranıb. Bu, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa İttifaqı münasibətlərində, eləcə də bütövlükdə, Cənubi Qafqazda yeni eranın başlanğıcıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. “Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin – Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, - deyə İdarə Heyətinin sədri bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanın Avropa İttifaqının mühüm və etibarlı enerji tərəfdaşına çevrildiyini xatırladaraq deyib: “Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqdan qürur duyuruq. Son illər artan qarşılıqlı səfərlər isə münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, bir çox sahədə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini göstərir”.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov isə qeyd edib ki, Cənubi Qafqazda artıq münaqişə yoxdur və hazırda sülh gündəliyi ön plandadır. Vətəndaş cəmiyyətləri arasında birbaşa təmasların və görüşlərin keçirilməsi də müsbət tendensiyadır. “Bu istiqamətdə təşkil olunan tədbirlərdən bir neçəsində iştirak etmək imkanım olub. Münaqişə ilə bağlı əvvəlki yanaşma öz yerini sülh gündəliyinə verir. Eyni zamanda, iqtisadi təmasların qurulması, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi münasibətlərin inkişaf etdirilməsi kimi konkret addımlar da sülh prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dəstəklənir”, - deyə XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri bildirib.

Daha sonra dəyirmi masa çərçivəsində panel müzakirə keçirilib.

Panel iştirakçıları Avropa-Azərbaycan münasibətlərinin inkişaf dinamikası, mövcud əməkdaşlıq istiqamətləri və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda, dəyişən regional və qlobal geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Avropa arasında əməkdaşlığın perspektivləri, iqtisadi və siyasi əlaqələrin inkişafı, eləcə də sülh gündəliyinin yaratdığı yeni imkanlar müzakirə olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri