Icma.az
close
up
RU
Avropa benzindən imtina edir, SOCAR neft emalı zavodu alır...

Avropa benzindən imtina edir, SOCAR neft emalı zavodu alır...

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, dünən Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə “Italiana Petroli S.p.A.” şirkəti arasında səhm alqı-satqısı Sazişinin imzalanma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli S.p.A.” şirkətinin səhmlərinin 99,82%-nə sahib olacaq.
Bildirilir ki, SOCAR bu səhmləri əldə etmək üçün təxminən 3 milyard dollar vəsait ödəyəcək.
Qeyd edək ki, “Italiana Petroli S.p.A.” 1933-cü ildən fəaliyyət göstərir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtkü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.
Baş tutan bu alqı-satqıya münasibət bildirən
İqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Avropanın, o cümlədən də İtaliyanın avtomobil bazarında ciddi dəyişikliklər baş verir:
“Avropa ölkələri ənənəvi yanacaqla işləyən avtomobillərdən imtina edir. Məlumdur ki, Avropa Birliyi ölkələrində 2035-ci ildən sonra ənənəvi yanacaqla işləyən avtomobillərin satışı tam şəkildə dayandırılacaq. Bu ilin ilk yarısına olan məlumata görə, Avropda ümumi avtomobillərin 37,8 faizini benzin və dizel ilə işləyən avtomobillər təşkil. Son bir ildə bu göstərici təxminən 10 faizdən çox azalıb. İtaliyada benzin və dizel ilə işləyən avtomobillərin payı bundan da azdır. İtaliyada ümumi avtomobillərin cəmi 36,3 faizi benzin və dizel ilə işləyir. Bu ölkədə ümumi avtomobillərin yarıdan çoxunu elektrik və hibrid avtomobillər təşkil edir. Belə bir vəziyyətdə SOCAR-ın neft emalı zavodu alması uğurlu yatırım hesab edilə bilməz”.
İqtisadçı həmçinin bildirir ki, İtaliya şirkətinin neft emalı zavodunu satmasının arxasında duran səbəb də ənənəvi yanacaq növlərinə tələbatın sürətlə azalmasıdır:
“Çox da uzaq olmayan tarixlərdə neft emalı zavodlarına ehtiyac qalmayacaq. Artıq bir çox şirkətlər neft sektorundakı aktivlərini əllərindən çıxarmağa çalışırlar. Heç kimə sirr deyil ki, dünyada, xüsusilə də iqtisadi cəhətdən inkişaf etmiş Avropada benzin və dizel dövrü tədricən bitir. Hər il Avropda ənənəvi yanacağın bazar payı sürətlə azalır. Əvəzində isə elektriklə işləyən avtomobillər sürətlə yayılır. Belə bir dövrdə SOCAR-ın neft emalı zavodu alması başa düşülən deyil. Ola bilsin ki, SOCAR öz nefti hesabına bu zavodu yaxın 3-5 ildə rentabelli işlətsin. Amma 5-10 ildən sonra zavodun gəlirlə işləyəcəyi mümkünsüz görünür. Əgər Avropa 2035-ci ildən sonra benzin və dizel ilə işləyən avtomobillərin satışını qadağan edəcəksə, deməli neft emalı zavodlarına da ehtiyac qalmayacaq”.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri