Gimnaziadada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Serbiyanın Zlatibor şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Ölkəmiz yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















