“Avropa Birliyi itirən tərəf olacaq, Türkiyə yox” Ərdoğan
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyənin xarici siyasəti, regional və qlobal proseslərlə bağlı mühüm açıqlamalar verib.
Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin dünya sülhü baxımından mühüm mesaj olduğunu bildirib.
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə bu üçtərəfli sazişin imzalanması dünyaya mühüm mesaj verməyimiz üçün əsl fürsət oldu”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri bu əməkdaşlığın gələcəkdə genişlənə biləcəyini bildirib. Onun sözlərinə görə, Misirin təşəbbüs göstərməsi halında Ankara Qahirə ilə danışıqlara açıqdır.
Ərdoğan Suriya məsələsinə də toxunaraq bu ölkəni Türkiyənin “qardaşı” adlandırıb. O, Suriyanın tək buraxılmayacağını və ölkədə sabitliyin təmin olunması üçün Türkiyənin üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə davam edəcəyini vurğulayıb. Ərdoğan həmçinin yaxın zamanda Dəməşqə səfər edəcəyini açıqlayıb.
Prezident Qəzza məsələsinə də toxunaraq bölgənin heç vaxt tək buraxıla bilməyəcəyini bildirib. Ərdoğan Türkiyənin indiyədək üzərinə düşənləri etdiyini və bundan sonra da etməyə davam edəcəyini vurğulayıb.
O, HƏMAS-ın səmimi yanaşma nümayiş etdirməsinə baxmayaraq, İsrailin hücumlarını davam etdirdiyini və bunun sülhün qarşısındakı əsas maneələrdən biri olduğunu bildirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Avqust 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















