Icma.az
close
up
RU
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ yə müraciət edib

GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ yə müraciət edib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Green Energy Corridor Power Company" (GECO) şirkəti Aİ-nin Enerji üzrə Trans-Avropa Şəbəkələri (TEN-E) Qaydalarına uyğun olaraq "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə qarşılıqlı maraqlı layihə (Project of Mutual Interest) statusunun verilməsi məqsədilə Avropa Komissiyasına rəsmi qaydada müraciət edib.

525.az GECO-ya istinadən xəbər verir ki, "Yaşıl enerji dəhlizi" layihəsi Xəzər regionunun bərpa olunan mənbələrindən əldə edilən elektrik enerjisinin Avropanın enerji bazarlarına çatdırılması üçün yeni nəqliyyat marşrutu formalaşdıracaq. Marşrut Qara dənizin dibi ilə çəkilmiş yüksək gərginlikli sabit cərəyan kabeli (HVDC), həmçinin müvafiq yerüstü infrastruktur vasitəsilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək.

"PMI statusunun verilməsi layihənin Avropa İttifaqı və onun tərəfdaşları üçün strateji əhəmiyyətinin təsdiqi olacaq. Bundan başqa, bu, Aİ-nin dəstək mexanizmlərinə çıxış imkanı yaradacaq, icazə prosedurlarını sadələşdirməyə imkan verəcək və layihənin reallaşdırılması mərhələsində investorların etimadını gücləndirəcək", - GECO-dan qeyd ediblər.

Müraciət GECO-nun səhmdarları - "AzərEnerji" şirkəti, Gürcüstanın Dövlət Elektrik Sistemi Operatoru (Georgian State Electrosystem), Rumıniyanın "Transelectrica" və Macarıstanın "MVM" şirkətlərinin fəal əməkdaşlığının nəticəsidir.

"Biz ümumi işə sadiqliklərinə, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin, Avropa Komissiyasının və texniki məsləhətçilərimizin daimi dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq. Hazırda qiymətləndirmə prosesinin növbəti mərhələsini gözləyir, regionun və bütün Avropanın etibarlı, şaxələndirilmiş və karbonsuzlaşdırılmış enerji gələcəyi naminə işi davam etdirmək niyyətindəyik", - bəyanatda vurğulanır.

Qeyd edək ki, təsdiq edilmiş plana əsasən, enerji dəhlizi ümumi gücü 3,9 QVt olan çoxterminallı yüksək gərginlikli sabit cərəyan ötürmə sistemindən (HVDC) ibarət olacaq və hər birinin gücü 1,3 QVt olan üç xətti əhatə edəcək. Hər bir xətt üçün Qara dənizdən keçən sualtı kabelin uzunluğu təxminən 1 124 km, kabelin çəkilmə dərinliyi isə 2 200 metr təşkil edəcək. Enerji körpüsünün marşrutu Bakıdan başlayaraq Gürcüstan ərazisindən keçməklə Anakliya və Poti rayonlarında quruya çıxışa malik olacaq, həmçinin Tbilisi və Tskaltubodan keçəcək, daha sonra Konstansa və Buxarest vasitəsilə Rumıniyadan keçərək Macarıstanın Albertirsa qovşağına qədər uzanacaq.

Layihə mərhələli şəkildə həyata keçiriləcək. 1,3 QVt gücündə olan birinci xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Bu xətt hər il 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisini ixrac etməyə imkan verəcək. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xətt 2036-cı ildə, Konstansada qəbulu həyata keçirəcək üçüncü xətt isə 2040-cı ildə fəaliyyətə başlamalıdır.

2040-cı ilə qədər Xəzər regionundan Avropa İttifaqına bərpa olunan enerjinin illik tədarükü 20 TVt/saata çatmalıdır.

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri