Rəsmi Tehrandan ABŞ dövlət katibinin dediklərinə reaksiya
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İranın ABŞ-yə ünvanladığı tələblər məntiqli və qanunidir”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına münasibət bildirərkən deyib.
“Bu tələblər qanunsuz və ya məntiqsizdirmi? Məntiqsiz və təkəbbürlü olan danışıqların qızğın mərhələsində Amerikanın İrana hücum etməsidir”, – deyə Bəqayi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Tehran istənilən danışıqlara başlamazdan əvvəl Vaşinqtondan qanunsuz sanksiyaları ləğv etməyi, dəniz blokadasına və müharibəyə son qoymağı tələb edir.
Bəqayi, həmçinin İranın iki günlük planının hələ də danışıqlar masasında olduğunu bildirib. O qeyd edib ki, Vaşinqton Tehranın tələblərini yerinə yetirərsə, Hörmüz boğazında təhlükəsizlik iki gün ərzində bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio İslam Respublikasının münaqişənin həlli ilə bağlı irəli sürdüyü tələbləri qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real adlandırıb.
Rubionun sözlərinə görə, aparılan danışıqlar elə də ciddi nəticə vermir.
Bu mövzuda digər xəbərlər:Rəsmi Tehrandan Bakının etiraz notasına REAKSİYA
02 Yanvar 2025 18:22
Rəsmi Tehrandan Tramp Pezeşkian görüşünə REAKSİYA
05 Fevral 2025 14:14
Əraqçinin ABŞ səfəri gözlənilmədən başa çatıb Rəsmi Tehrandan reaksiya
02 Oktyabr 2026 02:36
Rəsmi Tehrandan etirazlarda 30 min insanın ölməsi iddialarına reaksiya
26 Yanvar 2026 12:00
Rəsmi Tehrandan Hörmüz barədə AÇIQLAMA
03 Avqust 2026 12:11
Baxış sayı:92
Bu xəbər 09 Noyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















