Icma.az
close
up
RU
Avropa Boks Federasiyası Nazarovun final qələbəsini dəyərləndirib

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini dəyərləndirib

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Boks Federasiyası (European Boxing) Xorvatiyanın Poreç şəhərində başa çatan U-23 Avropa çempionatının finalında azərbaycanlı boksçu Bilalhəbaşi Nazarovun çıxışını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, qitə birinciliyinin həlledici döyüşlərinə həsr olunan icmalda 19 yaşlı azərbaycanlı boksçunun 50 kq çəki dərəcəsində türkiyəli Tofik Akkasla qarşılaşmanın gedişini necə dəyişdirməsinə xüsusi diqqət yetirilib.

Məqalənin müəllifinin fikrincə, Akkas birinci raundda cüzi üstünlüyə malik olub. Lakin Nazarov ikinci raundu möhtəşəm keçirərək final döyüşünün gedişatını dəyişib. Nəticədə azərbaycanlı boksçu hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanıb.

“European Boxing” saytında Azərbaycanın kişilər arasında ən yüngül çəki dərəcəsində son dərəcə perspektivli boksçulara malik olduğu da vurğulanıb.

Maraqlıdır ki, Akkas finala qədər keçirdiyi hər üç döyüşü artıq birinci raundda vaxtından əvvəl başa vurub. Türkiyəli boksçu serbiyalı Lyubişa Staletoviçi texniki nokautla, erməni Ovanes Arutyunyanı və ukraynalı Maksim Şlyaxovoyu isə nokautla məğlub edib. Finaldan əvvəl Türkiyə mətbuatı Akkasın Avropa çempionatında bütün döyüşlərini nokautla qazanaraq ölkə boksunun tarixinə düşə biləcəyini yazırdı. Lakin Nazarov onun bu seriyasına son qoyub.

Finaldan sonra Türkiyənin “Aydın Hedef” və “Yeni Kıroba” nəşrləri Akkasın gümüş medal qazanmasını əhəmiyyətli nailiyyət kimi qiymətləndirərək onun azərbaycanlı rəqibinin yüksək səviyyəsini vurğulayıblar. Bununla yanaşı, “Yeni Kıroba” güclü rəqibinə məğlub olmasına baxmayaraq, türkiyəli boksçunun mübarizliyi ilə azarkeşlərin rəğbətini qazandığını qeyd edib.

Bu arada Avropa Boks Federasiyası digər azərbaycanlı çempion Nicat Əlirzayevin (70 kq) çıxışını da xüsusi qeyd edib. İcmalda bildirilir ki, gürcüstanlı Zviad Tçotçua ilə final döyüşünün artıq birinci raundunun sonunda azərbaycanlı boksçu güclü cəb zərbəsi ilə referini rəqibin hesabını açmağa məcbur edib. İkinci raundda isə gürcüstanlı boksçunun yorğunluğu artdıqca Əlirzayev döyüşün gedişinə nəzarət edib.

Xatırladaq ki, Azərbaycan millisi U-23 Avropa çempionatını dörd medalla - iki qızıl və iki bürünc mükafatla başa vurub. Nazarov və Əlirzayevdən başqa, Zidan Günbatov (55 kq) və Məhəmmədəli Aşiralıyev (60 kq) də fəxri kürsüyə qalxaraq bürünc medal qazanıblar.

Qeyd edək ki, Poreçdə qazandığı titul Nazarovun müxtəlif yaş kateqoriyaları üzrə qitə birinciliklərində ardıcıl üçüncü çempionluğudur. O, daha əvvəl 2024 və 2025-ci illərdə də Avropa çempionu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri