Icma.az
close
up
RU
Bölgələrdən bu qədər axın yaxşı bir şey vəd eləmir Deputat

Bölgələrdən bu qədər axın yaxşı bir şey vəd eləmir Deputat

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib ki, insanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil. O vurğulayıb ki, kənd sakini işıq, qaz və suya görə şəhər sakini ilə eyni yükü daşımamalıdır. 

Millət vəkili Fazil Mustafa həmkarının çıxışını Redaktor.az-a şərh edərkən bildirdi ki, səslənən fikirlər düzgündür:

"Əgər biz istəyiriksə ki, rayonlara, kəndlərə dönüş baş versin, orada sosial şərtləri yaxşılaşdırmalı və iş təminatını həyata keçirməliyik. Eyni zamanda burada məhz insanlar üçün işıq, qaz və başqa problemlər həllini tam yüksək səviyyədə tapmalıdır ki, regionda müəyyən sabit iş yerləri fəaliyyət göstərə bilsin. Bir çox hallarda stimullaşdırıcı addımların da atılması vacibdir. Amma kənddən Bakıya bu qədər axının səbəblərini də, sosioloji araşdırmasını da aparmaq lazımdır ki, spesifik hansı rayonlarda həll olunmalı problemlər var, harada qanunda boşluqlar var, bunlar da öz həllini tapmalıdır ki, insanlar öz doğma ocaqlarına qayıda bilsinlər, orada daha aktiv vətəndaş kimi fəaliyyət göstərsinlər".

Müsahibimiz qeyd etdi ki, şəhərdə işsiz və əlavə bir yük kimi görünmək yerinə, rayonda canlı və imkanlı insana çevrilmə şansını insanlara biz bəxş etməliyik:

"Çünki bölgələrdən bu qədər axın yaxşı bir şey vəd eləmir və bölgələr boşalır. Biz çalışmalıyıq ki, bunun qarşısını alaq və insanlar öz doğulduqları məkanda töhfə verə bilsinlər. Bu isə həm iqtisadiyyatımızın inkişafına səbəb ola bilər, həm də bir demoqrafik siyasət və təhlükəsizlik baxımından önəmli məsələləri özü ilə ortaya qoya bilər. Biz çalışmalıyıq ki, bu istiqamətdə stimullaşdırıcı addımları gücləndirək".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri