“Avropa bu məsələdə gecikir”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“Avropa Birliyi Rusiya ilə rəqabətdə, ya da Ukrayna müharibəsi kontekstində birbaşa qarşıdurmada gecikmiş qərarlar alır. Bu isə Avropa Birliyinə üzv olan ölkələrin strateji mövqeyini zəiflədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, Ukrayna məsələsində Avropa İttifaqı ilə Rusiya münasibətləri diplomatik qarşıdurmadan sahədə birbaşa qarşıdurmaya keçəndə Avropa İttifaqı ilkin mərhələdə strateji şansı əldən buraxmaqla Rusiyanın güclənməsinə şərait yaratmış oldu: “Eyni zamanda, əlində olan iqtisadi təzyiq vasitələrini tədricən istifadə etməklə Rusiya iqtisadiyyatının yeni şəraitə adaptasiya olunmasına şans yaratmış oldu. Nəticədə, hazırkı vəziyyət yarandı”.
Deputat bildirib ki, indi isə yenə gecikmiş bir qərar alınır: “2027-ci ilə qədər Rusiyadan idxal edəcək sıxışdırılmış qazın Avropada tamamilə qadağan ediləcəyi bildirilir. Amma, əlbəttə ki, bu müddət ərzində Rusiya adekvat, ya da preventiv tədbirlər həyata keçirəcək. Bu da Rusiya iqtisadiyyatına avropalıların düşündüyü qədər ziyan vurmayacaq. Ona görə də mənə elə gəlir ki, qarşıdurma və ya münaqişə həm də fürsətlərin vaxtında və zamanında dəyərləndirilməsi hadisəsidir. Avropa isə bu məsələdə gecikir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















