Türkiyədə DEM partiyasının nümayəndələri Abdullah Öcalanla görüşbülər
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) İmralı nümayəndə heyətinin Abdullah Öcalanla keçirdiyi görüşdən sonra onun İmralı adasında yeni tikilmiş yaşayış yerinə köçməsi ilə bağlı təfərrüallar məlum olub.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, iki mərtəbəli binaya köçən Öcalanın katibliyinə təşkilatdan daha üç qadın daxil edilib.
Həmin qadınlardan birinin Öcalanın bacısı qızı olduğu və yeni yaşayış yerində ona müşayiət etdiyi bildirilir.
DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvləri Pərvin Buldan, Mithat Sancar və Özgür Faik Erol bazar günü İmralı adasında Abdullah Öcalanla görüşüblər.
Görüşdən sonra yayılan yazılı açıqlamada Öcalanın yeni tikilmiş yaşayış yerinə köçdüyü və bunun onun iş və yaşayış şəraiti baxımından müsbət dəyişiklik olduğu qeyd edilib.
NEFES qəzetinin xəbərinə görə, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərliyi ilə yaradılan alt komissiyanın nəzdində formalaşdırılan yeni strukturun fəaliyyətə başladığı barədə bu həftə açıqlama verilməsi gözlənilir.
Yeni struktur üçün “Sülh və Siyasallaşma Koordinasiyası” adı nəzərdən keçirilir. Onun tərkibində DEM Partiyasının nümayəndə heyətindən, təşkilatın Avropa strukturundan və dağdakı silahlı qanadından iki nəfərin, eləcə də dövlət nümayəndələrinin yer alması nəzərdə tutulur.
DEM Partiyasına yaxın mənbələrin məlumatına əsasən, Öcalanın İmralıdakı katibliyində Zeki Bayhan, Ömer Hayri Konar, Hamili Yıldırım və Ergin Atabeylə yanaşı, təşkilatdan üç qadın da yer alıb. Həmin qadınlardan birinin Öcalanın bacısı qızı olduğu bildirilir.
Məlumata görə, Öcalanın köçdüyü iki mərtəbəli binanın yuxarı mərtəbəsində iş otaqları və kitabxana, aşağı mərtəbəsində isə bir neçə otaq yerləşir. Öcalan yeni yaşayış yerində ona müşayiət edən bacısı qızı ilə birlikdə qalır. Katibliyin digər üzvləri isə İmralı adasındakı həbsxanada qalmağa davam edirlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















