Qışda sürücüləri hansı təhlükələr gözləyir? Əyləc məsafəsi iki dəfə arta bilər
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qış aylarında sürücülər üçün əsas təhlükələrdən biri yolların sürüşkən olmasıdır. Belə şəraitdə avtomobili idarə etmək üçün ehtiyatlı olmaqla yanaşı, düzgün sürücülük vərdişlərinə də yiyələnmək vacibdir.
Milli.Az xəbər verir ki, rusiyalı avtomobil eksperti Dmitri Popov RT-yə açıqlamasında qış yollarında yarana biləcək təhlükələrdən danışıb.
Ekspertin sözlərinə görə, yaş yolda avtomobilin əyləc məsafəsi iki dəfə artır. 60 km/saat sürətlə hərəkət edən avtomobil quru yolda 17 metrə dayandığı halda, yaş asfaltda bu məsafə 30-35 metrə çata bilər.
Buzlu yollarda isə vəziyyət daha təhlükəlidir. Şipli təkərlər olmadıqda əyləc məsafəsi 150-200 metrədək uzana bilər.
Popov sürücülərə soyuq hava şəraitində avtomobilin idarəetmə xüsusiyyətlərini əvvəlcədən öyrənməyi tövsiyə edib. O, xüsusilə sürət həddinə və ara məsafəsinə riayət etməyin, qəfil əyləcləmə və kəskin manevrlərdən çəkinməyin vacibliyini vurğulayıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















