Icma.az
close
up
RU
Avropa dəhşətli istilərin cəngində

Avropa dəhşətli istilərin cəngində

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya güclü sənaye inkişafının müsbət nəticələri ilə yanaşı, mənfi təsirlərini də hiss etməkdədir. Söhbət ilk növbədə qlobal istiləşmənin yaratdığı fəsadlardan, insanların həyatına gətirdiyi çətinliklərdən gedir. BMT-nin yaydığı hesabatda planetin temperaturunun sənaye dövründən əvvəlki səviyyədən artıq 1,4°C ilə 1,45°C arasında isindiyini və iqlim tarazlığının bütün müşahidə tarixində ən pis vəziyyətdə olduğu bildirilir. Hesabata əsasən, 2015-2025-ci illər tarixin ən isti 11 ili kimi qeydə alınıb. 2026-2030-cu illərdə isə qlobal illik temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,3°C ilə 1,9°C arasında dəyişəcəyi proqnozlaşdırılır.

Qlobal istiləşmədən, demək olar ki, dünyanın bütün regionları təsirlənirlər. Hazırda ən kritik vəziyyət isə  Avropa qitəsində hökm sürür. Ayrı-ayrı ölkələr sözün əsl mənasında dəhşətli istilərin cəngində qalıblar.

Avropada temperaturun qeyri-adi artması - insan faktoru əsas amillərdən biridir

İlk baxışda “qoca qitə”də temperaturun hədsiz yüksəlməsi təbiət hadisəsi kimi görünə bilər. Lakin aparılan tədqiqatlardan məlum olur ki, qlobal istiləşməni sürətləndirən əsas faktorlardan biri qismində məhz insan amili çıxış edir.

Avropadakı mövcud ekstremal istilik yalnız təbii hava proseslərinin deyil, həm də insanın yaratdığı iqlim dəyişikliyinin nəticəsidir. Bu nəticəyə “World Weather Attribution” beynəlxalq şəbəkəsinin tədqiqatçıları gəliblər.

Hesabatda 1976-2026-cı illərdə Qərbi və Mərkəzi Avropa ölkələrində ən isti gün və gecələr təhlil edilib. Müəyyən olunub ki, bu gün orta qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən təxminən 1,4 C yüksəkdir. 2003-cü ildə aşma 0,8°C, 1976-cı ildə isə yalnız 0,3°C idi.

Tədqiqatla tanış olan Danimarka Meteorologiya İnstitutunun iqlimşünası Martin Olesenin sözlərinə görə, iş yüksək elmi səviyyədə aparılıb və orta qlobal temperaturun artmasının ekstremal istilik dalğaları ehtimalını əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyir. Onun sözlərinə görə, hələ bir neçə onilliklər əvvəl bu cür hava hadisələri praktik olaraq qeyri-mümkün hesab olunurdu, lakin bu gün “qeyri-mümkün mümkün oldu”.

Araşdırmaya görə, Avropanın 1540-cı ildən bəri təxminən 70 min insanın həyatına son qoyan ən güclü istilik dalğasını yaşadığı 2003-cü ildə belə yüksək gecə temperaturları ehtimalı bu gün ilə müqayisədə 100 dəfə, gündüz temperaturu isə 10 dəfə aşağı idi. Bundan əlavə, mövcud istilik dalğası 1976-cı ildə baş versəydi, temperatur təxminən 3,5°C, 2003-cü ildə isə təxminən 2°C aşağı olardı.

Daha əvvəl “Nature Medicine” jurnalında dərc olunan elmi araşdırmaların məlumatına görə, 2022-ci ildə istilik dalğaları Avropada 61 mindən çox, 2023-cü ildə isə 47 mindən çox ölümə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, ekstremal temperatur hadisələri getdikcə daha tez-tez baş verəcək və insanların sağlamlığı üçün daha çox təhlükə yaradacaq.

İtaliya və Balkanlarda qırmızı təhlükə xəbərdarlığı

Bazar ertəsi İtaliya və Balkan ölkələri yüzlərlə əlavə ölüm halına səbəb olan və bütün qitədə gündəlik həyatı pozan rekord istilərin təsirini hiss ediblər. “Reuters” agentliyinin yazdığına görə, İtaliyada şimaldakı Bolzanodan Siciliya adasının cənubundakı Palermoyadək 22 şəhərdə yüksək temperaturla əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub.

Xorvatiyada meteorologiya xidməti bazar ertəsi paytaxt Zaqreb, eləcə də Split və Dubrovnik kimi turizm şəhərləri üçün qırmızı təhlükə səviyyəsi elan edib. Dörd təyyarənin dəstəyi ilə onlarla yanğınsöndürən Adriatik dənizində, Splitdən təxminən 55 kilometr cənub-qərbdə yerləşən Vis turizm adasında şam meşələrini bürümüş meşə yanğınının söndürülməsi istiqamətində mübarizə aparıb.

Qonşu Serbiyada Dövlət Hidrometeorologiya Xidməti havanın temperaturunun 39 dərəcə Selsiyə çatacağı barədə xəbərdarlıq edib.

Albaniyada ötən həftəsonu ölkənin cənubundakı Klos kəndi yaxınlığında hektarlarla ərazidəki kolluq və zeytun bağlarını məhv edən meşə yanğını lokallaşdırılıb.

Alimlər bildiriblər ki, iyunun 20-dən başlayan isti hava dalğası Avropada indiyədək qeydə alınmış ən güclü istilər olub. Nəticədə, elektrik təchizatı pozulub, infrastruktur zədələnib və səhiyyə sistemi həddindən artıq yüklənib.

Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olmasaydı, belə bir isti hava dalğasının baş verməsi “praktiki olaraq mümkün olmazdı”. Belə ki, bu həftə gecə temperaturunun yüksəlməsi ehtimalı cəmi iyirmi il əvvəllə müqayisədə 100 dəfə çoxdur.

İtaliya Meteorologiya Cəmiyyətinin prezidenti Luka Merkallinin sözlərinə görə, iyulun 5-6-da temperaturun yenidən kəskin yüksələcəyi gözlənilir.

“Güclü istilər səbəbindən meşə yanğınları riski artır. Bununla yanaşı, çoxsaylı leysan yağışları da müşahidə olunur ki, bu da təbii olaraq həmin riski azaldır”, - deyə o əlavə edib. O qeyd edib ki, leysan yağışları çox lokal xarakter daşıdığı üçün yağıntının miqdarı müxtəlif ərazilərdə əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Polisin məlumatına görə, bazar günü günorta saatlarında Kiprdə qızmar günəş altında qalmış avtomobildə 8 və 10 yaşlı, Bolqarıstandan olan iki oğlan uşağının meyiti aşkarlanıb. Hazırda Kiprdə havanın temperaturu təxminən 38 dərəcə Selsi təşkil edir ki, bu da Şərqi Aralıq dənizində yerləşən ada üçün ilin bu dövründə anomal istilər hesab olunmur.

Bazar günü Varşava yaxınlığındakı Marki şəhərində keçirilən “Poland Bike Marathon” seriyasının yarışları zamanı 30 və 71 yaşlı iki velosipedçi həlak olub. Həmin gün Polşada havanın temperaturu 40,5 dərəcə Selsiyə çataraq yeni rekord maksimum göstərici qeydə alınıb.

İsveçrədə buzlaqlar sürətlə əriyir

İsveçrədə buzlaqların qışda yığılan bütün qar və buzlarının iyun ayının sonuna qədər itiriləcəyi gözlənilir ki, bu da ölkənin tarixində ikinci ən erkən buzlaq itkisi günü olacaq. Ekspertlər bildirirlər ki, güclü istilik dalğası ərimə prosesini sürətləndirir.

 “Swissinfo” agentliyi xəbər verir ki, adətən avqust ayında baş verən qar və buz əriməsi aylarla davam edən əlverişsiz hava şəraiti və davamlı yüksək temperatur səbəbindən qeyri-adi dərəcədə tez baş verir. Vəziyyəti dəyərləndirən iqlimşünas Mattias Huss bildirib ki, durum həqiqətən müstəsnadır. Yalnız 2022-ci ildə, bütün buzlaqların əriməsi rekordları qırıldıqda ərimə günü daha tez gəlib. O, davam edən isti hava dalğasının Alp dağlarının ən böyük buzlağı olan Böyük Aletş buzlağının qarını sürətlə əritdiyini bildirib.

İqlimşünas İsveçrə buzlaqlarının hazırda ərimə sularını hər altı saniyədə Olimpiya ölçülü üzgüçülük hovuzunu doldurmağa bərabər sürətlə itirdiyini deyib və əlavə edib ki, erkən mərhələ yalnız mövcud isti dalğasının nəticəsi deyil: “Yenə də çox az qarın yağdığı qış keçirdik və buzlaqlar zəif qoruyucu təbəqə ilə qaldı. May ayının əvvəlində İsveçrə ovalığında yay aylarına bənzər temperatur 30 dərəcə Selsiyə çatdı. İyul və avqust aylarında yaşaya biləcəyimiz bütün yüksək temperaturlar birbaşa uzunmüddətli buzlaq itkisinə səbəb olacaq. Bu il çoxlu miqdarda buz itirəcəyik”, - deyə Mattias Huss vurğulaayıb.

Parisdə 100-dən çox ölüm hadisəsi

Qitədə istiləşmənin sürətlə artmasından ən çox təsirlənən ölkələrdən biri Fransadır. Bir neçə gün bundan əvvəl paytaxt Parisdə anomal istilər səbəbindən 109 nəfərin öldüyü bildirilir. Yerli medianın yazdığına görə, bu siyahıya yalnız evlərində və ictimai yerlərdə ölənlər aiddir, qocalar evlərində və xəstəxanalarda ölüm halları bura daxil deyil.

Anomal istilər səbəbindən Parisdə xəstəxanalar “təcili yardım planı”nı aktivləşdirib. Fransada fövqəladə hallar zamanı səhiyyə müəssisələrində aktivləşdirilən bu plana məzuniyyətdə olan işçilərin iş yerinə çağırılması, çarpayı tutumunun artırılması və təcili olmayan əməliyyatların təxirə salınması kimi addımlar daxildir.

Paris və ətraf ərazilər də daxil olmaqla 37 əyalətdə qırmızı, 48 əyalətdə isə anomal istilər səbəbindən narıncı həyəcan siqnalı verilib.

Eyni zamanda, isti hava dalğası enerji istehsalına da təsir göstərib. EDF şirkəti “Golfech, “Bugey” və “Nogent-sur-Seine” stansiyalarında yerləşən üç nüvə reaktorunun fəaliyyətini müvəqqəti dayandırıb. Bundan başqa, “Saint-Alban” stansiyasında da istehsalın azaldılması qərara alınıb.

Fransada nüvə stansiyaları soyutma sistemi üçün çay və ya çay axınlarından istifadə edir. Güclü istilər zamanı bu suların temperaturu artdığından, reaktorların fəaliyyəti məhdudlaşdırıla və ya tam dayandırıla bilər. Məqsəd isti suyun yenidən çaylara buraxılması nəticəsində ekosistemə zərərin qarşısını almaqdır.

Ölkədə fəaliyyət göstərən 57 nüvə reaktorunun işi ciddi ekoloji qaydalarla tənzimlənir. “Golfech” stansiyasında çayın temperaturu 28°C-ni keçməməlidir. “Nogent-sur-Seine” stansiyasında isə Sena çayının temperatur artımı yuxarı və aşağı axın arasında 3°C-dən çox olmamalı və orta temperatur 28°C-ni keçməməlidir.

Almaniya tarixinin ən isti günləri

İyunun üçüncü ongünlüyündə Almaniyada da gecə və gündüz temperaturu üzrə rekord göstəricilər qeydə alınıb. Saksoniya-Anhalt əyalətinin Yerixover Land rayonundakı Drevits meteoroloji stansiyasında 41,5 dərəcə qeydə alınıb ki, bu da Almaniya tarixində indiyədək müşahidə olunan ən yüksək hava temperaturudur.

Almaniyada da rekord istilər fəsadlarla nəticələnib. Belə ki, həftəsonu ölkə çimərliklərində azı 26 nəfər həyatını itirib və ya itkin düşüb.

Eləcə də ölənin bir sıra bölgələrində davam edən isti və quraq hava şəraiti bəzi ərazilərdə meşə yanğınlarının baş verməsinə səbəb olub.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri