Fransada pirotexniki vasitələrin satışına və istifadəsinə qadağa qoyuldu
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada davam edən etirazlar fonunda pirotexniki vasitələrin satışı və istifadəsi müvəqqəti olaraq qadağan edilib.
Bizim.Media xəbər verir ki, müvafiq qərar ölkənin hüquqi sənədlər portalında dərc olunub.
Qadağa noyabrın 27-si də daxil olmaqla qüvvədə olacaq və Fransanın bütün ərazisini əhatə edəcək. Sənəddə qeyd olunur ki, tədbir ictimai asayişin ciddi şəkildə pozulması riskinin qarşısını almaq məqsədi daşıyır.
Qərarın qəbul edilməsinə lisey və universitetlərin qarşısında davam edən blokadalar, eləcə də etiraz aksiyaları zamanı pirotexniki vasitələrdən və fişənglərdən istifadə edilməsi səbəb olub.
Qadağa müvafiq lisenziya və icazələrə malik mütəxəssislərə, həmçinin dövlət qurumlarına şamil edilmir. Sənəd noyabrın 14-də qüvvəyə minib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 14-də ölkə üzrə etiraz aksiyalarına 106 min nəfər qatılıb. Onlardan 24 mini Parisdə iştirak edib.
Nazirliyin məlumatına əsasən, saat 18:00-dək (Bakı vaxtı ilə 21:00) ölkə üzrə 219 nəfər saxlanılıb, 10 polis əməkdaşı isə yüngül xəsarət alıb.
Fransada qiymət artımına qarşı kütləvi etirazlar sentyabrın sonundan keçirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















