Icma.az
close
up
RU
“Avropa dəstəyi olmadan Ukrayna üçün nəticə əldə etmək çətin olacaq” ŞƏRH

“Avropa dəstəyi olmadan Ukrayna üçün nəticə əldə etmək çətin olacaq” ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Avropa liderləri ilə keçirdiyi videokonfransdan bildirib ki, Avropanın vahid mövqeyi Vaşinqtonda açıq görünməlidir. O, görüşün mövqeləri uzlaşdırmaq üçün dəyərli olduğunu vurğulayıb və əlavə edib ki, sülh üçün Rusiyaya daha güclü təzyiq göstərilməli, sanksiyalar təsirli qalmalı, Moskvanın liderlər formatında iştirakdan imtinası isə adekvat cavab tədbirləri ilə qarşılanmalıdır.

Ukrayna-Rusiya müharibəsində Avropanın vahid mövqeyi yalnız sanksiyalarla məhdudlaşacaq, yoxsa hərbi və diplomatik təsirlər də gözlənilirmi?

Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Ukrayna güclü dəstəkdən bəhs edərkən həm hərbi, həm diplomatik, həm də iqtisadi yardımın təmin edilməsini nəzərdə tutur.

"Məhz buna görə də, Ukraynaya silah və sursat verilməsi ilə yanaşı, digər dəstəklərin də davam etməsi vacibdir. Əgər yalnız hərbi yardım göstərilərsə, lakin diplomatik və iqtisadi dəstək dayandırılarsa, müharibədə qalib gəlmək asan olmayacaq. Diplomatik dəstək önəmlidir, lakin digər sahələrdə kömək olmasa, bu da problemlərə yol açacaq. Ukraynanın Rusiya qarşısında davam gətirməsi, işğal edilmiş ərazilərin azad olunması, hətta böyük hissəsinin geri qaytarılması üçün hərtərəfli dəstək zəruridir. Belə yardım olarsa, Ukrayna müharibəyə davam gətirmə gücünə sahib olar və strateji mövqelərini qoruyub saxlaya bilər. Əks halda, qalib gəlmək ehtimalı xeyli azalar. Avropada Ukrayna məsələsində əsasən vahid mövqe mövcuddur. Hələ Macarıstan və bəzi digər ölkələr tam dəstək verməsələr də, Avropa İttifaqının vahid mövqeyi Ukraynaya mühüm dəstək rolunu oynayır. Bu, həm diplomatik təzyiqlərin koordinasiyası, həm də maliyyə və humanitar yardımın davamlılığını təmin edir".

Politoloq qeyd etdi ki, hərtərəfli Avropa dəstəyi Ukraynanın Rusiya qarşısında uzunmüddətli müqavimət göstərməsi və işğal altında olan əraziləri geri alması üçün mühüm əhəmiyyət kəsb edir.

"Nəticə etibarilə, Ukrayna yalnız hərbi vasitələrlə deyil, həm diplomatik, həm iqtisadi və beynəlxalq dəstəklə müharibədə dayana bilər. Bu səbəbdən beynəlxalq ictimaiyyətin vahid və koordinasiyalı mövqeyi, xüsusilə Avropa İttifaqı üzvlərinin Ukraynaya dəstəyi müharibənin gedişatında həlledici rol oynayacaq", - deyə Samir Hümbətov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri