Avropa əhalisi Rusiya ilə müharibə ideyasına öyrədilir: İDDİA
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Avropa ölkələri qəsdən öz əhalisini Rusiya ilə müharibə ehtimalına öyrədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib. O təəssüf hissi ilə qeyd edib ki, Avropada belə bir ssenarini normal kimi təqdim edirlər.
Onun sözlərinə görə, Avropada Rusiya ilə münaqişəni alovlandırmaq kursu artıq göz qabağındadır. Jdanova qeyd edib ki, Avropa hakimiyyəti dinc nizamlanmaya mane olmaq və danışıqlar perspektivlərini pozmaq üçün hər şeyi edir.
“Onlar vətəndaşlarını mifik Rusiya təhdidinə və Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşmağın vacibliyinə inandırmağa davam edirlər. Onların məqsədi ictimai şüurda kritik ssenarini rutinləşdirməkdir”, - deyə diplomat vurğulayıb.
Anar
Bu mövzuda digər xəbərlər:Məhkumlara peşə öyrədilir
26 Dekabr 2024 10:33
Avropa ilə Rusiya arasında müharibə qaçılmazdır: Lavrovdan sensasion iddia
04 Noyabr 2024 17:59
Naxçıvanda satınalma prosedurları öyrədilir
04 May 2026 19:05
Rusiya əhalisi kəskin azalıb
24 Fevral 2025 17:30
Avropa əhalisi 53 milyon azalacaq
17 Aprel 2026 13:51
Baxış sayı:83
Bu xəbər 30 Sentyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















