Avropa enerji böhran içində KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
The New York Times Avropanın aparıcı enerji şirkətlərinin yenidən köhnə fosil yanacaq mənbələrinə üz tutduğunu yazıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, Fransanın enerji şirkəti TotalEnergies 5,1 milyard avro sərmayə qoyaraq bir neçə Avropa ölkəsində yerləşən qaz elektrik stansiyalarının 50%-lik payını almağa hazırlaşır.
Şirkət bildirib ki, qaz stansiyalarının alınması onların bərpa olunan enerji portfelini balanslaşdırmaq məqsədi daşıyır.
Digər tərəfdən, Exxon Mobil Afinada Yunanıstan sularında neft və qaz kəşfiyyatı üçün ilkin icazə verən müqavilə imzalayıb. Shell isə külək enerjisi layihələrinin bir qismini dayandıraraq elektrik ticarətinə daha çox fokuslanır.
İtaliyada isə hökumət qaz layihələrinin sürətləndirilməsi üçün bəzi məhdudiyyətləri yumşaldır və sənaye ehtiyaclarını ödəmək məqsədilə yeni qaz layihələrinin daha tez həyata keçirilməsinə imkan verəcək qanunları nəzərdən keçirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















