Icma.az
close
up
RU
Avropa yeni enerji böhranı ilə ÜZLƏŞİB KONKRET

Avropa yeni enerji böhranı ilə ÜZLƏŞİB KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Rusiyanın “Qazprombank”a qarşı sanksiya tətbiq etməsindən sonra azalan qaz tədarükləri, soyuq hava və mümkün təchizat məhdudiyyətləri fonunda Avropa yeni enerji böhranı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg”in dərc etdiyi məqalədə vurğulanıb.

Qeyd olunub ki, Ukrayna münaqişəsində gərginliyin artması ilə bu il mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri 45% artıb. Soyuq hava enerji mənbəyinə tələbatı artırdığı üçün onun Avropadakı ehtiyatları sürətlə tükənir.

“Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün gözlənilən kəsilməsi Avropada yeni enerji böhranı üçün zəmin yaradır. Vəziyyət daha da pisləşmək üzrədir, çünki 2024-cü ildə tədarükün artırılmasına kömək edən qaz tədarükləri gələn il mümkün olmayacaq və qiymətlərə əlavə təzyiq olunacaq”, – məqalədə vurğulanıb.

Agentlik böhrana səbəb ola biləcək amillərdən biri kimi Amerikanın “Qazprombank”a qarşı sanksiyalarını qeyd edib. Qeyd olunub ki, Rusiya qazının tədarükü onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti bitənə qədər dayandırıla bilər. Odur ki, gələn yay Avropada qazın qiymətləri qışa nisbətən daha yüksək olacaq.

Qeyd edək ki, noyabrın 21-də ABŞ “Qazprombank”a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyası prezidenti Vladimir Putinin müvafiq sərəncamına əsasən, bu bank vasitəsilə Aİ ölkələrinə və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş digər dövlətlərə Rusiya qazının tədarükü üçün rublla ödəniş sxemi təşkil edilib.

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti ilə bağlı saziş 2019-cu ildə bağlanıb və 2024-cü ilin sonunda başa çatır. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar sazişin müddətini uzatmağı planlaşdırmırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri