Icma.az
close
up
RU
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyətli milli idman federasiyaları ilə (MİF) birgə təşkilatçılığı ilə keçirilən təlim-məşq toplanışı (TMT) çərçivəsində maarifləndirici seminar təşkil edilib.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Atletlər Komissiyasının (AAK) da fəal iştirak etdiyi seminarın məqsədi idmançılara Olimpiya dəyərləri və “Təhlükəsiz İdman” mövzusu ilə bağlı ətraflı məlumat vermək olub.

Qeyd olunub ki, 6 idman növü üzrə 70-dən artıq yeniyetmə idmançının iştirak etdiyi seminar zamanı təqdim olunan əyləncəli və maarifləndirici oyunlar müxtəlif idman növlərini təmsil edən yeniyetmələr arasında ünsiyyətin güclənməsinə və dostluq əlaqələrinin formalaşmasına xidmət edir. AGOF-da iştirak edən komandalar ölkələrini təkcə yarışlarda deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edən ictimai-mədəni tədbirlərdə təmsil edirlər.

Skopye 2025 AGOF-un missiya rəhbəri, BOK-un “Təhlükəsiz idman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev tədbirin əvvəlində iştirakçılara AGOF və seminar haqqında ətraflı məlumat verib. O, “Təhlükəsiz idman” mövzusunun son illərdə çox aktual olduğunu vurğulayıb və bu sahədə idmançı və məşqçilərin rolu, məsuliyyətləri barədə təqdimatla çıxış edib.

Daha sonra MOK-un əməkdaşları və AGOF-un sabiq, həmçinin hazırkı səfirləri Günay Salamova və Nərmin Kərimova iştirakçılara Olimpiya dəyərlərinin təbliği, komanda ruhunun formalaşması və “Təhlükəsiz idman” mövzusunda praktik biliklərin artırılması məqsədilə əyləncəli və maarifləndirici oyunlar təqdim ediblər.

Tədbirdə Atletlər Komissiyasının üzvləri, tanınmış idmançılar Rafiq Hüseynov, İradə Aşumova və Fəridə Əzizova ilə yeniyetmə idmançılar arasında qrup müzakirələri aparılıb.

Tədbirin sonunda çıxış edən Rafiq Hüseynov və MOK əməkdaşı Mehman Kərimov ölkəmizi AGOF-da təmsil edəcək gənc idmançılara uğurlar arzulayıblar.

Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir.

MOK-un aidiyyəti milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı mayın 24-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri