XİN rəhbəri: Çin güc tətbiqinə və ölkələrin suverenliyinə müdaxiləyə qarşıdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin ardıcıl olaraq güc hədəsi və ya güc tətbiqinə, eləcə də bir ölkənin digərinə öz iradəsini zorla qəbul etdirməsinə qarşı çıxır.
APA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Venesueladakı vəziyyəti şərh edən Çinin xarici işlər naziri Vanq İ səsləndirib.
“Biz heç vaxt hansısa ölkənin qlobal polis rolunu oynaması və ya özünü beynəlxalq hakim kimi təqdim etməsi fikri ilə razılaşmamışıq”, – Vanq İ vurğulayıb.
Çin XİN rəhbəri bütün dövlətlərin suverenliyi və təhlükəsizliyinin beynəlxalq hüquqla tam qorunmalı olduğunu qeyd edib.
Nazir əlavə edib ki, Pekin beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsini və ölkələrin suveren bərabərliyini qətiyyətlə müdafiə etməyə, qlobal sülh və inkişafı birgə qorumağa, eləcə də bəşəriyyət üçün ortaq gələcək icmasının qurulmasına töhfə verməyə hazırdır.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 05 Yanvar 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















