Icma.az
close
up
RU
“Avropa gizli şəkildə Ukraynaya hərbçilər göndərmək planı üzərində işləyir“ “Associated Press“

“Avropa gizli şəkildə Ukraynaya hərbçilər göndərmək planı üzərində işləyir“ “Associated Press“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Avropalılar Ukraynada güclü və əhəmiyyətli hərbi kontingent yerləşdirməlidir..."

Bir qrup Avropa ölkəsi gizli şəkildə Ukraynaya hərbçi göndərmək planı üzərində işləyir. Məqsəd gələcəkdə Rusiya ilə mümkün sülh razılaşmasını təmin etməyə kömək etməkdir.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib. Məlumatı "zn.ua" nəşri yayıb.

Agentliyin məlumata görə, planın hazırlanmasına Böyük Britaniya və Fransa rəhbərlik edir, lakin digər detallara dair informasiya yoxdur. "Bu işdə iştirak edən ölkələr öz kartlarını açmaq və Rusiya diktatoru Putinə onun müharibəni bitirmək üçün danışıqlara razılaşacağı təqdirdə üstünlük qazandırmaq istəmir", - nəşr yazıb.

"Xüsusi imkanlar barədə detallara varmadan deyə bilərəm ki, əgər sülh olacaqsa, Ukraynaya hansısa təhlükəsizlik zəmanətləri verilməlidir və Böyük Britaniya da bu məsələdə öz rolunu oynayacaq", - Britaniya baş naziri Kir Starmer bildirib.

Nəşrin qeyd etdiyinə görə, avropalılar öz qoşunlarını Ukraynaya göndərmək məsələsini təxminən bir il əvvəl araşdırmağa başlayıb, lakin indi müzakirələr sürətlənib. Bunun əsas səbəbi ABŞ prezidenti Donald Trampın onları və bəlkə də Ukraynanı kənarda qoyaraq Putinlə razılaşa biləcəyi ehtimalıdır.

Ötən ilin sonunda bir qrup Avropa lideri NATO-nun baş katibi Mark Rüttenin Brüsseldəki iqamətgahında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüşdə Böyük Britaniya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland və Polşadan olan liderlər, həmçinin Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri iştirak edib.

Bu müzakirələr 2024-cü ilin əvvəlində Fransa prezidenti Emmanuel Makronun Ukraynaya xarici hərbi kontingent göndərmək təşəbbüsünə əsaslanıb. O zaman Polşa və Almaniya bu ideyanı sərt şəkildə rədd edib. Həmin vaxt Makron Avropada təklənmiş kimi görünüb, lakin indi onun planı yenidən aktuallaşıb.

Bununla belə, jurnalistlər vurğulayıb ki, bu kontingentin tərkibi və iştirakçı ölkələr hər hansı mümkün sülh sazişinin şərtlərindən və digər amillərdən asılı olacaq.

"Italiyanın öz ordusundan istifadə etməsinə konstitusiya məhdudiyyətləri var. Niderland və Almaniya parlamentlərinin razılığı lazımdır. Almaniyanın mövqeyi isə 23 fevral seçkilərindən sonra yeni hökumət formalaşdıqda dəyişə bilər. Polşa isə Ukrayna ilə davam edən gərgin münasibətləri nəzərə alaraq ehtiyatlı davranır", - nəşr qeyd edib.

"Biz hələ çox erkən mərhələdəyik", - Estoniya müdafiə naziri Hanno Pevkur bildirib. O, vurğulayıb ki, müxtəlif müzakirələr aparılsa da, Avropa müttəfiqləri Ukraynadakı təmas xəttinin necə olacağını dəqiq bilmədən hər hansı plan hazırlamamalıdır.

Pevkur misal olaraq bildirib ki, əgər Rusiya və Ukrayna cəbhə xətti boyunca hərbçilərinin sayını "bir neçə min nəfərə" endirərsə, "Avropanın da orada iştirak etməsi problem yaratmaz". Lakin münaqişə "qaynar vəziyyətdə" olarsa, vəziyyət daha çətin olacaq.

Hərbi kontingentin tərkibi və rolu əldə olunacaq sülh sazişinin növündən asılı olacaq. Əgər Rusiya və Ukrayna razılığa gələrsə, təhlükəsizlik tədbirlərinə və qüvvələrə daha az ehtiyac ola bilər.

Bununla belə, ekspertlər və rəsmilər xəbərdarlıq edir ki, mövcud şəraitdə avropalılar sadə bir sülhməramlı missiya deyil, güclü və əhəmiyyətli hərbi kontingent yerləşdirməlidir.

"Bu, real qüvvə olmalıdır ki, rusiyalılar başa düşsün: əgər onu sınamağa cəhd etsələr, məhv ediləcəklər. Və əmin olun ki, Rusiya bunu sınayacaq", - ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hoces bildirib.

"Onlar bütün razılaşmaları pozur. Ona görə də əgər biz oraya qüvvə göndərəcəyiksə, bu qoşunlar aviasiya, iri quru qüvvələri, pilotsuz uçuş aparatları, hava və raket hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır. Əgər oraya sadəcə BMT sülhməramlıları və tüfənglərlə getsələr, onları məhv edərlər", - o, əlavə edib.

Fransanın keçmiş generalı, BMT-də Fransa hərbi missiyasının sabiq rəhbəri Dominik Trinkan da BMT sülhməramlılarının daha sabit zonalara yerləşdirilməyə uyğun olduğunu bildirib. "Əvvəla, dünyanın müxtəlif yerlərindən hərbçilər toplamaq və bu əməliyyatı təşkil etmək təxminən bir il çəkəcək", - o, qeyd edib.

Latviya müdafiə naziri Andris Spruds isə bildirib ki, Ukrayna əsgərlərinin hazırlanması və Ukraynanın müdafiə sənayesinə sərmayə qoyulması da vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri