Icma.az
close
up
RU
Avropa ilə Asiyanı birləşdirən Azərbaycan, Çin ilə strateji tərəfdaşlıqla iqtisadi gücünü artıracaq

Avropa ilə Asiyanı birləşdirən Azərbaycan, Çin ilə strateji tərəfdaşlıqla iqtisadi gücünü artıracaq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ötən gün Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib. Eyni zamanda ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub. Çin və Azərbaycan münasibətlərinin bugünki inkişafı həqiqətən də böyük bir irəliləyişdir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və eyni zamanda Çin dünya iqtisadiyyatında çəkisinə görə ikinci ölkə hesab olunur və bu baxımdan dünya siyasətinə və dünya iqtisadiyyatına təsir kontekstində Çin kifayət qədər güclü və əhəmiyyətli, eyni zamanda proseslərə təsir etmək gücünə malik olan bir ölkə kimi xarakterizə olunur. Deputat qeyd edib ki, Azərbaycan-Çin əlaqələri Azərbaycan müstəqilliyini 91-ci ildə bərpa etdikdən sonra diplomatik müstəvidə qurulub və 92-ci ildən başlayaraq Azərbaycanın Çində, Çinin Azərbaycanda səfirlikləri fəaliyyət göstərməyə başlayıb və bundan sonrakı dönəmdə də daimi olaraq, iki ölkə arasında münasibətlər artan dinamika üzrə inkişaf edib.

Arzuxan Əlizadə / Foto: amip.az

“Xüsusilə, iqtisadi müstəvidə Azərbaycan-Çin əlaqələri inkişaf etməkdədir. “Bir kəmər, bir yol” layihəsi kontekstində məsələyə yanaşmaq məqbuldur. Bu, kifayət qədər əhatəli bir layihədir və Avropa ilə Asiyanı birləşdirmək baxımından Azərbaycanın elə bir məkanda yerləşməsi həm Avropa, həm Asiya arasında bir körpü rolu oynayır. Bu baxımdan Azərbaycanın əhəmiyyəti xüsusi olaraq, diqqət mərkəzindədir. Buna görə də Azərbaycan-Çin əlaqələrində Azərbaycanın maraqları olduğu qədər də Çinin kifayət qədər ciddi maraqları var”-deyə deputat bildirib.

“2019-cu il Pekin Beynəlxalq Forumunda Azərbaycan və Çin arasında iqtisadiyyatı, sənayeni, investisiya sahələrini əhatə edən 10-a qədər sənəd imzalanıb ki, bundan sonra da bu, xüsusilə də iqtisadi müstəvidə əlaqələr bir qədər də sürətlə inkişaf etməyə başladı. Təkcə onu demək yerinə düşər ki, son beş ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi iki dəfədən artıq çoxalıb. Hazırda iki ölkə arasında üç milyard yarımdan artıq bir ticarət dövriyyəsi var. Həmçinin 95-ci ildən başlayaraq elə hər iki ölkə digər ölkənin iqtisadiyyatına investisiya qoyub. Çindən bu dövr ərzində Azərbaycan iqtisadiyyatına təxminən bir milyard civarında investisiya qoyulub. Paralel olaraq Azərbaycan tərəfindən də Çin iqtisadiyyatına iki dəfə artıq, iki milyard civarında investisiya qoyulub və bu proses davamlı olaraq inkişaf edir. Eləcə də Azərbaycanın işğal altında olan ərazilərin işğaldan azad edilməsindən sonra da Çinin şirkətləri tərəfindən Azərbaycanda “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilməkdədir”-deyə deputat vurğulayıb.

Arzuxan Əlizadə qeyd edib ki, həmçinin Azərbaycan təbii ki, enerji daşıyıcıları ilə gündəmdədir və təkcə neft və qaz deyil, eyni zamanda, paralel olaraq yaşıl enerji, bərpa olunan enerji sahəsində də Azərbaycanın uğurla həyata keçirdiyi son siyasət maraqlıdır və bu istiqamətdə də qarşılıqlı fəaliyyət göstərir.

“Azərbaycan dövlət başçısı bu illər ərzində Çinə dəfələrlə səfər edib. Azərbaycanın xarici işlər naziri, digər rəsmilərimiz, həmçinin paralel olaraq Çin dövlətinin yüksək çinli rəsmi nümayəndələrinin Azərbaycana səfərləri reallaşdırılıb. Bu münasibətlərin ən kulminasiya nöqtəsi kimi mən xüsusi olaraq 2024-cü ilin iyulunda imzalanmış Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə diqqət çəkmək istəyirəm. Azərbaycan və Çin arasında imzalanmış bu sənədə müvafiq olaraq bütün sahələrdə strateji tərəfdaşlığın dərin xidmət edəcək layihələrin reallaşması nəzərdə tutulub”-deyə Arzuxan Əlizadə vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri