Icma.az
close
up
RU
“Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən etibarlı körpüdür”

“Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən etibarlı körpüdür”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin qardaş Qazaxıstan Respublikasına dövlət səfəri təkcə ikitərəfli deyil, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi, imzalanan sənədlər baxımından mühüm rol oynadı. Səfərə xüsusi əhəmiyyət verən Prezident Kasım-Jomart Tokayevin dediyi aşağıdakı fikirlər diqqəti cəlb etdi: “Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib. 

O bildirib ki, bu səfər ümumi kökləri və tarixi olan iki qardaş millətin, etibarlı strateji tərəfdaş olan dövlətin münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığına yeni təkan verilməsi məqsədinin həyata keçirilməsinə kömək edəcək mühüm hadisədir:

“Səfər zamanı imzalanan sənədlər, müştərək müəssisələrin yaradılması niyyətinin ifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılmasının gedişinin nəzərdən keçirilməsi, yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılması imkanının müzakirə edilməsi, Qazaxıstan neftinin Bakı – Tbilisi – Ceyhan marşrutu ilə nəqli üzrə birgə iş, informasiya texnologiyaları sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır, eyni zamanda qardaş ölkənin müstəqilliyini gücləndirir. Azərbaycanın haqq işini daim müdafiə edən Qazaxıstanın Füzulidə tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi  uşaqların təhsili və inkişafı ocağı kimi qardaşlığımızın, birliyimizin rəmzi olub, gələcək nəsillərə də bir örnəkdir.  Mədəniyyət, elm, təhsil, informasiya sahələrində qarşılıqlı fəaliyyətin geniş perspektivləri vardır”. 

Musa Qasımlının sözlərinə görə, səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin müstəsna rol oynadığını bir daha göstərdi: 

“Prezident Kasım-Jomart Tokayevin dövlət başçımız haqqında dediyi aşağıdakı fikirləri ilə millətimiz yalnız qürur duya bilər: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri