Icma.az
close
up
RU
Avropa İttifaqı 2030 cu ilədək 15 milyon insanı yoxsulluqdan çıxarmağı planlaşdırır

Avropa İttifaqı 2030 cu ilədək 15 milyon insanı yoxsulluqdan çıxarmağı planlaşdırır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buxarest, 7 may, AZƏRTAC

Avropa Komissiyası 2030-cu ilədək Avropa İttifaqında 15 milyon insanın yoxsulluq və sosial təcrid riskindən çıxarılmasını nəzərdə tutan geniş sosial proqram hazırlayıb. Rumıniya isə bu təşəbbüs çərçivəsində ən həssas və xüsusi diqqət ayrılan ölkələrdən biri hesab olunur.

AZƏRTAC Rumıniyanın “Știrile PRO TV” nəşrinə istinadən xəbər verir ki, məqalədə yeni strategiyanın yalnız sosial yardımların artırılmasını deyil, həm də məşğulluğun genişləndirilməsi, təhsil imkanlarının artırılması, uşaqların və əlillərin müdafiəsi, mənzil və səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması kimi istiqamətləri də əhatə etdiyi bildirilir.

Ekspertlərin fikrincə, məqsəd Avropada sosial bərabərsizliyi azaltmaq və aztəminatlı təbəqələrin iqtisadi həyata daha fəal inteqrasiyasını təmin etməkdir.

Nəşr vurğulayır ki, Rumıniya hazırda Avropa İttifaqında yoxsulluq və sosial risk göstəricilərinin ən yüksək olduğu ölkələrdən biri olaraq qalır. Xüsusilə kənd bölgələrində yaşayan əhali, çoxuşaqlı ailələr və uşaqlar arasında yoxsulluq səviyyəsinin ciddi narahatlıq doğurduğu qeyd edilir. Ekspertlərin fikrincə, son illərdə yüksək inflyasiya, enerji və ərzaq qiymətlərinin artması Rumıniyada sosial vəziyyəti daha da ağırlaşdırıb.

Məqalədə qeyd olunur ki, Avropa Komissiyası üzv dövlətlərdən sosial müdafiə sistemlərinin modernləşdirilməsi və əmək bazarında iştirakın artırılması üçün konkret milli proqramlar hazırlamağı tələb edəcək. Rumıniya hökumətinin də qarşıdakı illərdə sosial və iqtisadi islahatları sürətləndirməsi, xüsusilə aztəminatlı əhali üçün dəstək proqramlarını genişləndirməsi gözlənilir.

Ekspertlərin fikrincə, Rumıniyanın Avropa fondlarından daha səmərəli istifadə etməsi və regional inkişaf fərqlərini azaltması ölkənin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından həlledici rol oynaya bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri