Avropa İttifaqı Ermənistanı dəstəkləməyə davam edəcək
Ayna saytına istinadən Icma.az xəbər verir.
“Biz Ermənistan üçün etibarlı tərəfdaşıq və tərəfdaşlığımız indiyə qədər olduğundan daha güclüdür”
Vladimir Putinin Ermənistana qarşı Avropayönlü kursunu davam etdirəcəyi təqdirdə "Ukrayna ssenarisi"nin təkrarlanması ehtimalı ilə bağlı təhdidləri fonunda Avropa İttifaqı (Aİ) İrəvana dəstəyini artırdığını elan edib.
AYNA.AZ-ın məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Anuar Əl-Anuni "European Pravda"ya bildirib ki, Aİ xüsusən də Rusiyadan gələn təhdidlərə qarşı Ermənistanı dəstəkləməyə davam edəcək.
“Aİ adından sizə deyə bilərəm ki, biz Ermənistan üçün etibarlı tərəfdaşıq və tərəfdaşlığımız indiyə qədər olduğundan daha güclüdür”, - deyə Əl-Annuni bildirib.
O ilk dəfə 2026-cı ilin may ayında Aİ-Ermənistan sammitinin keçirildiyini və orada Aİ-nin "Ermənistana və onun gələcəyinə dəstəyini" bir daha təsdiqlədiyini xatırladıb.
Avropa Komissiyasının nümayəndəsi vurğulayıb: "Biz Ermənistanın demokratik dayanıqlığını, xüsusən də hibrid təhdidlərə, xarici informasiya manipulyasiyası və müdaxiləsinə, eləcə də demokratik təsisatlara etimadı sarsıtmaq cəhdlərinə qarşı dəstəkləyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 02 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















