Icma.az
close
up
RU
Zahid Orucdan MÜHÜM ÇIXIŞ: “Bunlar süni maneələr yaradır”

Zahid Orucdan MÜHÜM ÇIXIŞ: “Bunlar süni maneələr yaradır”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Moderator.az xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə çıxış edib.

Deputat deyib ki, təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişikliyi özündə ehtiva edir:

“Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiya və digər hidrotexniki qurğular, dəmir yolu və tramvay xətləri hazırki layihənin təsir dairəsinə daxildir. Lakin dövlət ehtiyacları üçün qanunla aparılan alınma siyasəti ilə özəl investorların yaşayış və digər növ tikililər həyata keçirməsi üçün də vahid qaydalara ehtiyac var. Konstitusiya Məhkəməsi mülkiyyətin özgəninkiləşdirilməsi sahəsində qanunlardakı boşluq və qaydaların qeyri-müəyyənliyinə görə əsassız yüksək kompensasiya tələbləri, həm də mülkiyyətçilərin hüquqlarının pozulması və nəticədə tikintinin uzanmasına səbəb olduğunu bildirib. Məhkəmə qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflərini göndərib. Əgər dövlət və ya özəl şirkətlər hər hansı ərazidə onlarla ailə ilə razılaşıb, mənzil və kirayə öhdəliyi götürüb, milyonlarla manat vəsaiti layihələndirməyə, köçürülməyə, avadanlığa və kredit faizinə xərcləyirsə, bir və ya iki mülkiyyətçi ilə illərlə anlaşmanın tapılmaması nəticəsində tikinti prosesi başlana bilməməsini həll etmək gərəkdir”.

Zahid Oruc əlavə edib ki, Bakı şəhərinin Baş Planında 2040-cı ilə qədər mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur:

“Lakin ödənilən kompensasiya məbləğləri və əvəzləşdirmə qaydalarındakı boşluqlar süni maneələr yaradır. Ona görə də bir neçə təkliflə çıxış etməyi vacib sayırıq. Əvvəla, söküntüyə məruz qalan mülkiyyətçiyə kompensasiyanın hesablanmasında vahid qaydaların yaradılması, ictimaiyyət üçün açıq meyarların hazırlanması vacibdir. Nazirlər Kabineti qiymətləndirmə şkalasını, bazar qiymətlərindən istifadə qaydasını, ərazilər üzrə diferensial tarifləri, inflyasiya və tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmini müəyyən edə bilər.

İkinci məsələ, sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü ilə bağlıdır. “Sahənizdən iyirmi faiz çox”, “otaq sayı eyni”, “ümumi sahə qədər” kimi müddəalar ayrı-ayrı çoxsaylı konfliktləər yol açır, subyektiv yanaşmalar razılaşma müqavilələrini ləngidir. Şəhərsalma və Tikinti Məcəlləsi, mənzil və mülki qanunvericiliklə uzlaşdırılmaqla sahənin hesablanması, yaşayış və qeyri-yaşayış hissələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti, gecikmə məsuliyyəti barədə minimum təminatlar təsbit edilməlidir. Ədalətli qayda həm əsassız tələbə, həm də şirkətlərinin özbaşına şərtləri diktə etməsinə mane olar.

Üçüncü məsələ, faktiki sahənin necə ölçülməsidir. Balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissə, yüngül konstruksiya, kommersiya obyekti – bunların hər birinin hüquqi və texniki statusu fərqlidir. Dövlət tərəfindən akkreditə olunmuş müstəqil ölçmə və qiymətləndirməsi, foto və elektron aktın müəyyənləşdirilməsi vacibdir. Söküntü elanından sonra kompensasiyanı artırmaq üçün qanunsuz tikilmiş sahə ilə onillərlə mövcud olan, dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilə bilməz.

Dördüncü məsələ, daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmamış əmlakın vəziyyətidir. Sənədsiz tikililər bir neçə qrupa ayrıla bilər: qeydiyyatı texniki səbəbdən tamamlanmamış, hüquqi əsası olan istifadə; dövlətin uzun müddət sərt tədbir görmədiyi faktiki məskunlaşma; yeni yaranmış qanunsuz zəbt. Mülkiyyət hüququ, qanuni gözlənti və sosial köçürülmə yardımı bir-birindən ayrılmalıdır.

Beşinci məsələ, tikinti yarımçıq qalarsa, razılaşmanın gələcək taleyidir. Böyük layihələrində iştirak edən dövlət qurumları Prezidentin müvafiq aktı və ya qanunla müəyyən edilərsə, onların nəzarət və məlumatlandırma öhdəliyi aydın yazıla bilər. Tikintinin tamamlanması üçün bank zəmanəti, sığorta və ya digər maliyyə mexanizmləri məcburi tətbiq edilməsi vacibdir.

Altıncı məsələ, söküntü və köçürülmənin müddətidir. Tikinti icazəsi alınıbsa, müqavilə təklifləri və qiymətləndirmə yekunlaşıbsa, razılaşma üçün ağlabatan və əvvəlcədən bilinən vaxt, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mərhələsi nəzərdə tutula bilər. Etiraz edən sakinin haqlı çıxması ehtimalını qoruduğumuz qədər, razılaşıb illərlə gözləyən qonşunun haqqını da qorumalıyıq. Yeddinci məsələ, evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanmasıdır. Bəzən eyni iqtisadi dəyərin həm tikili, həm də tikilinin altındakı sahə adı ilə iki dəfə ödənilməsi tələb olunur. Bunun qarşısını alan şəffaf qiymətləndirmə qaydası olmalıdır”.

Komitə sədri bildirib ki, Almaniyada mülkiyyətin alınmasına görə bazar dəyəri və digər əmlak itkilərinin əvəzi ayrıca nəzərə alınır:

“İngiltərənin məcburi satınalma qaydalarında da əmlakın bazar qiyməti ilə yanaşı, köçürülmə xərcləri, biznesə dəyən zərər və məcburi köçürülmənin yaratdığı itkilər ayrıca qiymətləndirilir. Hökumət aidiyyəti dövlət qurumlarını, Bakı Şəhər İcra Hakimiyyətini, Ombudsman təsisatını, məhkəmə və qiymətləndirmə mütəxəssislərini, tikinti assosiasiyalarını, Mediasiya Şurasını və sakinlərin nümayəndələrini cəlb etməklə yeni hüquqi tənzimləmə qaydalarını hazırlaya bilər. Qanun layihəsinin nəqliyyat infrastrukturuna müsbət təsir edəcəyinə inanırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri