De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmanın və “Barselona”nın futbolçusu Lamin Yamal haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis gənc futbolçunun fərdi uğurlardan əlavə, komanda ilə qazanılan titullara da böyük önəm verdiyini vurğulayıb, onun gələcəkdə çoxlu mükafatlar qazanacağını deyib:
“Lamin çoxlu ‘Qızıl top’ və digər fərdi mükafatlar qazanacaq. Ancaq ən vacibi odur ki, o, komanda ilə birlikdə də titullar əldə edəcək. Bilirəm ki, Lamin komanda uğurlarını yüksək qiymətləndirir və kollektivlə birlikdə qalib gəlməyi daha çox sevir”.
İspaniyalı məşqçi Yamalın üzərindəki diqqətə və gözləntilərə baxmayaraq, sakitliyini qorumasının və özünə inanmasının vacibliyini də qeyd edib.
“O, sakitliyini və özünə inamını qorumalıdır. Biz Laminin kim olduğunu, dəyərini və potensialını, eləcə də həm futbolçu, həm də insan kimi nə qədər xüsusi olduğunu bilirik. Buna görə də onu təbrik edirəm”.
Qeyd edək ki, Yamal ötən gün ilin ən yaxşı gənc oyunçusu seçilib. "Qızıl top"un qalibi isə Harri Keyn olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Oktyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















