Icma.az
close
up
RU
Avropa İttifaqı Makronun “SÖZÜNÜ YERƏ SALDI”: “Ermənistandan sonra, indi də...”

Avropa İttifaqı Makronun “SÖZÜNÜ YERƏ SALDI”: “Ermənistandan sonra, indi də...”

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən günlərdə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısı keçirilib. İttifaqın xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın başçılığı ilə keçirilən iclasın əsas mövzusu Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada baş verən hakimiyyət dəyişikliyi olub.

Xarici işlər nazirləri Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul etsələr də, Fransanın vəziyyətdən istifadə edərək irəli sürdüyü növbəti təklifi rədd ediblər. Belə ki, Emanuel Makron Ukraynada müharibə bitəcəyi zaman buraya Avropa İttifaqının müşahidə missiyasını göndərməyi təklif edib. Eston əsilli baş diplomat isə buna etiraz edərək bildirib ki, hələ Ukraynada sülh əldə edilmədən bu məsələni müzakirə etmək tələskənlikdir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Kaya Kallasın fikirlərində həqiqət var:

“Makronun təklifi əsasında ittifaq Ukraynaya müşahidə missiyası göndərərsə, bu missiyanın üzvləri qızğın müharibə sonrası nəyi müşahidə edəcəklər? Həmin missiyanın normal fəaliyyəti üçün Ukraynada heç bir şərait yoxdur. Təbii ki, bunu Makron və ətrafı da bilir. Ancaq Fransa prezidenti Ermənistanda sınaqdan keçirdiyi taktikanı indi də Ukraynada tətbiq etmək arzusuna düşüb. Qərb hər nə qədər bu müharibədə Kiyevə silah və diplomatik dəstək göstərsə də, Rusiya ilə birbaşa toqquşmaya girməmək üçün Ukraynaya qoşun göndərməyib. Ancaq bu cür təşəbbüs olub və onun ideya müəllifi də məhz Makron idi. NATO və Avropa Birliyi çərçivəsində bu prossesi həyata keçirə bilməyəcəyini görən Fransa prezidenti, ölkəsinin qoşunlarının Ukraynaya göndərməsi barədə qərar vermişdi. Qərb və Rusiya arasında vəziyyəti daha da gərginləşdirməyə xidmət edən və Paris üçün böyük biabrçılıqla nəticələnən bu hadisəyə görə, Makron öz avropalı həmkarlarının da ciddi tənqidinə məruz qalıb. Görünür, Emanuel hələ də bu niyyətindən əl çəkməyib”.

Ekspert bildirdi ki burada əsas məsələ Ukraynaya yerləşdiriləcək Avropa İttifaqının müşahidə missiyasına qarşı tərəfdən hansısa hücumun edilməsinə çalışmaqdır:

“Makronun niyyəti Ukraynadakı müharibənin sərhədlərini genişləndirmək və münaqişənin daha da alovlandırılmasına çalışmaqdır. Özünü Şarl de Qoll səviyyəsində siyasətçi kimi görən, ancaq Fransa tarixinə “ən uğursuz dövlət başçısı” kimi düşən Makronun yeni dünya müharibəsi yaratmaq cəhdi bu dəfə də baş tutmadı”.

Günay Rəsulqızı

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri