Avropa İttifaqı Orta Dəhliz çərçivəsində əməkdaşlıq üçün koordinasiya strukturu yaradacaq FOTO
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı Türkiyə və Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək yeni regionlararası inkişaf təşəbbüsünün həyata keçirilməsini dəstəkləyəcək koordinasiya strukturu yaratmaq niyyətindədir.
Gununsesi.inf0 xəbər verir ki, bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.
“Təşəbbüs iştirakçıları, beynəlxalq maliyyə institutları, özəl investorlar və maraqlı üçüncü tərəflər arasında bu işi əlaqələndirəcək strukturun yaradılması nəzərdə tutulur”, – AK bildirib.
Bu məsələ noyabrın 27-də Daşkənddə keçiriləcək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) İştirakçılarının və İnvestorlarının Forumunda müzakirə olunacaq. Tədbirdə həmçinin prioritet investisiyalar və nəqliyyat əlaqələrini təmin etmək üçün tədbirlər müzakirə olunacaq.
“Avropa Orta Dəhliz boyunca yerləşən ölkələrə yüksək keyfiyyətli investisiyalar və tam tərəfdaşlıq təklif edir. Bu, onun təkliflərini digərlərindən daha cəlbedici edir”, – hesabatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Oktyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















