Icma.az
close
up
RU
Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv edib

Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 21 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bütün iqtisadi sanksiyaları tamamilə ləğv edib.

AZƏRTAC xəbər verir ki, ittifaqa üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından sonra çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bu qərarla Suriyanın yeni keçid hökumətinə bir şans verildiyini bildirib.

Almaniyanın xarici işlər naziri Yohan David Vadephul deyib ki, bu qərarın əvəzində bütün etnik və dini qrupları əhatə edən siyasətin həyata keçirilməsi gözlənilir.

Bununla belə, Bəşar Əsəd rejimi ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, habelə insan hüquqları pozuntularında məsuliyyət daşıyanlara qarşı sanksiyalar qüvvədə qalacaq. Həmçinin silahların, eləcə də daxili repressiyalarda istifadə oluna biləcək malların və texnologiyaların, məsələn, izləmə və dinləmə proqramlarının ixracına qoyulan məhdudiyyətlər də qüvvədə qalır.

Qeyd edək ki, Aİ ölkələri artıq fevral ayında sanksiyaların mərhələli şəkildə yumşaldılmasını qərara almışdı. Bu, ölkənin iqtisadi bərpasını, yenidən qurulmasını və sabitliyin dəstəklənməsi məqsədi daşıyırdı. Enerji, nəqliyyat və bank sektorlarında tətbiq edilən qadağalar ilkin olaraq iyuna qədər dayandırılmışdı. Ancaq Mərkəzi Banka qarşı məhdudiyyətlər hələlik qüvvədə saxlanılırdı.

Aİ bu addımı ilə ABŞ Prezidenti Donald Trampın siyasətinə uyğun hərəkət edir. D.Tramp artıq ötən həftə ABŞ sanksiyalarının tam ləğv olunduğunu açıqlamışdı.

Son vaxtlar Suriyada müxtəlif əhali qrupları arasında silahlı toqquşmalar baş verir. Kaya Kallas belə bir şəraitdə Aİ-nin sanksiyaları ləğv etməsini alternativlərin olmaması ilə əlaqələndirib. O bildirib ki, Suriyada Əfqanıstandakı kimi böhran yaşanmaması üçün ölkənin sabitləşdirilməsinə kömək etmək lazımdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 06:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri