Şagird və tələbələr üçün YENİLİK: Artıq sənədlərinizi bu formada ala bilərsiniz
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycanda təhsil sahəsində kağız sənədlərdən imtina edilməsi və rəqəmsal sistemə keçidlə bağlı qəbul olunan yeni qaydalar bu sahədə ciddi islahatların başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər təhsilin idarə olunmasında şəffaflığın artırılması, xidmətlərin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi daşıyır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O, bildirib ki, yeni qaydalara əsasən diplomlar, attestatlar, sertifikatlar və digər təhsil sənədləri artıq elektron formatda təqdim ediləcək və hüquqi qüvvəyə malik olacaq:
"Bu sənədlər Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə yaradılacaq və Elektron Hökumət platforması üzərindən yoxlanıla biləcək. İstənilən şəxs sənədin doğruluğunu xüsusi kod vasitəsilə onlayn şəkildə təsdiqləyə biləcək. Məzunlar isə sənədlərini şəxsi elektron kabinetlərindən istədikləri vaxt əldə edə, paylaşa və lazım gəldikdə çap edə biləcəklər".
Ekspert bildirib ki, kağız jurnalların və ənənəvi sənəd dövriyyəsinin ləğvi məktəblərdə və ali təhsil müəssisələrində idarəetməni xeyli asanlaşdıracaq:
"Qiymətlər, davamiyyət və digər göstəricilər artıq elektron platformalar üzərindən izlənəcək. Bu da həm valideynlərin, həm də şagirdlərin prosesə daha rahat nəzarət etməsinə imkan yaradacaq. Rəqəmsal idarəetmə eyni zamanda şəffaflığı və hesabatlılığı gücləndirir. Bütün məlumatlar vahid sistemdə toplanacaq, avtomatik şəkildə emal olunacaq və qərarvermə prosesində daha dəqiq statistikaya əsaslanmaq mümkün olacaq. Saxtakarlıq və sui-istifadə halları minimuma enəcək".
Onun sözlərinə görə, bununla yanaşı, rəqəmsal keçid müəyyən çətinliklər də yarada bilər:
"Müəllimlərin, tələbələrin və idarəetmə heyətinin yeni texnologiyalara uyğunlaşması üçün təlimlərə ehtiyac var. Xüsusilə regionlarda internet və texniki imkanların yaxşılaşdırılması vacibdir. Həmçinin illərdir kağızla işləməyə öyrəşmiş insanların rəqəmsal sistemlərə keçidi zaman ala bilər. Ümumilikdə isə yeni qaydalar Azərbaycan təhsil sistemini daha müasir, çevik və şəffaf bir mərhələyə daşıyır. Bu islahatlar düzgün tətbiq olunarsa, həm təhsil müəssisələrinin işi asanlaşacaq, həm də vətəndaşlar üçün daha rahat və etibarlı bir xidmət mühiti formalaşacaq".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Şagird və müəllimlərin nəzərinə! YENİLİK
13 Oktyabr 2025 13:53
Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır YENİLİK
13 Oktyabr 2025 14:36
Tələbələr üçün metroda yenilik edildi
28 Oktyabr 2025 14:00
Şagird və tələbələr ancaq qiymət almaq üçün öyrənirlər Psixoloq DANIŞDI
02 Dekabr 2024 14:50
Lənkəranda qəzada şagird və tələbələr yaralandı Fotolar
10 Oktyabr 2025 10:48
Baxış sayı:41
Bu xəbər 09 Yanvar 2026 19:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları