Icma.az
close
up
RU
Məmurların fəaliyyəti etimada zərbə vurur və ictimai narazılığa səbəb olur AÇIQLAMA

Məmurların fəaliyyəti etimada zərbə vurur və ictimai narazılığa səbəb olur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"2026-cı ildə Azərbaycanın daxili və xarici siyasəti konkret istiqamətlər üzrə formalaşacaq. Bu istiqamətlər ölkənin milli təhlükəsizlik və ümumi inkişaf maraqlarına əsaslanacaq. Həm regional, həm də qlobal səviyyədə baş verən proseslər nəzərə alınmaqla, Azərbaycanın siyasət kursu ötən illərdə formalaşmış strateji xəttin davamı kimi müəyyənləşdiriləcək". 
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. 
O, bildirib ki, böyük ehtimalla, 2026-cı ildə ölkənin daxili və xarici siyasətində radikal dəyişikliklər, geriyə dönüşlər və ya mövcud siyasi kursdan imtina baş verməyəcək:
"Hazırkı siyasət Azərbaycan dövlətinin milli maraqlarına və beynəlxalq vəziyyətə uyğun şəkildə qurulub. Xarici siyasətdə prioritet istiqamətlər qlobal reallıqlara əsaslanacaq. Buraya beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq hüququn imkanlarından istifadə, regional və qlobal səviyyədə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların dərinləşdirilməsi daxildir".
Ekspert bildirib ki, Azərbaycan yeni müttəfiqlərin axtarışını davam etdirəcək, zəif əməkdaşlıq əlaqələrini gücləndirəcək və diplomatik fəaliyyətin coğrafiyasını genişləndirəcək:
"Dünyada artan təhlükələr və qeyri-müəyyənliklər fonunda, ölkənin beynəlxalq mövqeyi yeni şərtlərə uyğun şəkildə yenidən müəyyənləşdiriləcək. Hazırda bəzi beynəlxalq təşkilatların, o cümlədən BMT-nin fəaliyyəti effektivlik baxımından sual altındadır. ABŞ kimi böyük sponsorların bəzi strukturlardan imtina etməsi bu təşkilatların təsir gücünü zəiflədib. Bu şəraitdə Azərbaycanın xarici siyasəti daha çox regional və ikitərəfli, eləcə də üçtərəfli əməkdaşlıq formatlarına yönələcək. Mövcud geosiyasi reallıqlar bunu zəruri edir".
Onun sözlərinə görə, daxili siyasətdə isə sabitliyin qorunması əsas prioritet olaraq qalacaq:
"Ən mühüm məsələlərdən biri cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Bəzi hallarda məmurların fəaliyyəti bu etimada zərbə vurur və ictimai narazılığa səbəb olur. Buna görə də dövlət idarəetməsində məmur məsuliyyətinin artırılması və cəmiyyətin maraqlarına daha həssas yanaşılması vacibdir. Nəticə etibarilə, 2026-cı ildə Azərbaycanın daxili və xarici siyasəti daha məqsədyönlü, balanslı və milli maraqlara əsaslanan xətt üzrə inkişaf edəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri