Avropa İttifaqı və Çin elektrikli nəqliyyat vasitələri ilə bağlı razılığa gəliblər
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) və Çin elektrikli nəqliyyat vasitələri ilə bağlı razılığa gəliblər.
Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirilib ki, razılaşmaya əsasən Avropa Komissiyası Çinli ixracatçılar üçün “Qiymət Öhdəliyi Təkliflərinə dair Rəhbər Sənəd” dərc edəcək.
Açıqlamada qeyd olunub ki, bununla bağlı narahatlıqlara Dünya Ticarət Təşkilatı (DTT) qaydalarına uyğun şəkildə cavab verilməsi məqsədi qoyulub. Həmçinin vurğulanıb ki, sözügedən Rəhbər Sənəd hər bir qiymət öhdəliyi təklifinin eyni hüquqi meyarlar əsasında, obyektiv və ədalətli şəkildə qiymətləndirilməsini təmin edəcək.
Açıqlamada çərçivə sazişinin Çin mənşəli batareyalı elektrikli minik avtomobillərini (BEV) əhatə etdiyi bildirilib.
Xatırladaq ki, Avropa Komissiyası 2023-cü ilin oktyabrında Çindən idxal edilən elektrikli avtomobillərlə bağlı subsidiya araşdırmasına başlamış, araşdırmanın yekununda isə bu ölkədə istehsal olunan elektrikli avtomobillərin Aİ-yə üzv ölkələrə idxalına müvəqqəti əlavə rüsumların tətbiqi barədə qərar qəbul etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















