Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Avropa İttifaqı, yoxsa birinci və ikinci dərəcəli xalqlar birliyi?

Avropa İttifaqı, yoxsa birinci və ikinci dərəcəli xalqlar birliyi?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şalva Papuaşvilinin üzərində dayandığı məqamlar barədə

Gürcü iqtidarı nümayəndələri Avropa İttifaqı əleyhinə fikirlərini tirajlamaqda davam edirlər. Dünən ölkə Parlamentinin sədri Şalva Papuaşvili, bir müddət əvvəl isə Baş nazir İrakli Kobaxidze. Əlbəttə, hər iki liderin dediklərində böyük həqiqət payı var. Ona görə ki, onlar Avropa ailəsi fəlsəfəsinin yarıtmazlığını əsaslandırır, ümumən, Aİ sistemindəki çatları qabardırlar.

Bəli, ötən ay Gürcüstanın Baş naziri İ.Kobaxidze Avropa strukturlarının rəhbərlərinə – Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştaya və Avropa Parlamentinin rəhbəri Roberta Metsolaya açıq məktub ünvanlamışdı. Cənab Kobaxidze Qərbin dəyərlər böhranı mövzusunda yazılmış siyasi-fəlsəfi publisistika ovqatını daşıyan məktubunda Brüsselin ikili standartlarından və Tbilisiyə təzyiq cəhdlərindən əl çəkməli olduğunu, obrazlı desək, öz gözündə tiri görməyənlərin, başqasının gözündə çöp axtarmalarının yolverilməzliyini vurğulamışdı.

Baş nazir, eyni zamanda, bildirmişdi ki, mədəni, tarixi və dəyərlər baxımından Gürcüstan Avropa məkanının bir hissəsi, habelə, Aİ üzvlüyə namizəd ölkədir və Avropa ailəsinin tamhüquqlu üzvünə çevrilməyə çalışır: “Təəssüf ki, Avropa bürokratiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərar nəticəsində, sizin təşəbbüsünüzlə ölkəmizlə siyasi dialoq birtərəfli qaydada dayandırılıb, bundan sonra isə bizim təklif etdiyimiz müzakirə və əməkdaşlıq formatları dəfələrlə rədd edilib”.

“Bizim xalq üçün Avropa, ilk növbədə, dəyərlər məkanı, əcdadlarımızın xristian əxlaqına, azadlığa, bərabərliyə, insan hüquqlarına hörmətə və demokratik prinsiplərə əsaslanan sivilizasiya seçimidir. Bizim üçün Avropa İttifaqı ümum-Avropa sivilizasiya məkanıdır, hansısa konkret siyasi xadimə, Avropa liderinə və ya avrobürokrata deyil, Avropa xalqlarına, o cümlədən gürcü xalqına məxsus birlikdir”, - deyən İ.Kobaxidzenin Danimarkanın paytaxtı Kopenhagendə törədilmiş zorakılıq hallarına nəzərən üzərində dayandığı və sual şəklində açıqladığı daha bir maraqlı məqam var: “Avropa İttifaqının cəmiyyətin təbii, mədəni və tarixi əsaslarını tez-tez görməzdən gəlməsi kədərli və narahatedicidir. Belə təsəvvür yaranır ki, Avropa məkanı onu bütün dünyada demokratiya və insan hüquqlarının müdafiəsi simvoluna çevirən prinsiplərdən tədricən uzaqlaşır. Avropa ölkəsi və Avropa İttifaqına namizəd dövlət olan Gürcüstan sizdən aydın cavab gözləyir. Avropa İttifaqının planı nədir? Birlik daxilində hadisələr hansı istiqamətdə inkişaf edir? Təkcə bizim deyil, digər Avropa ölkələrinin əhalisinin və siyasi liderlərinin də barəsində açıq şəkildə danışdığı bu narahatedici proseslərin sonu nə olacaq?”

***

İ.Kobaxidzenin tonunu davam etdirən Ş.Papuaşvili ölkələrin hüquqi baxımdan fərqləndirilməsi ideyasını şərh edərkən bildirib ki, Aİ həmişə bütün üzvlərin vahid qaydalar qarşısında bərabərliyini nəzərdə tutan layihə olub və Brüsselin hazırkı yanaşması qurumun təməl prinsipini kökündən dəyişir, onu bərabərhüquqlu dövlətlər ittifaqından “birinci dərəcəli” və “ikinci dərəcəli” xalqların birliyinə çevirir. “Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos qeyd etdi ki, qurumda gələcək üzvlərin hazırkı üzv dövlətlərlə eyni səsvermə hüququna malik olmamasını nəzərdə tutan ideya müzakirə olunur. Bu isə o deməkdir ki, Aİ-yə daxil olduqdan sonra Gürcüstan, eləcə də digər yeni üzvlər ittifaqın qalan üzvləri kimi eyni öhdəlikləri daşıyacaq, lakin hüquqlar baxımından onlarla bərabər olmayacaqlar. Praktikada bu, Avropa İttifaqının Gürcüstanın milli maraqları üçün mühüm əhəmiyyət daşıyan məsələlər üzrə qərarları Gürcüstanın iştirakı olmadan qəbul edə bilməsi deməkdir”.

Fikirlərini sosial şəbəkə hesabında bölüşən cənab Papuaşvili onu da vurğulayıb ki, M.Kosun fikirləri Brüsselin tez-tez təkrarladığı “Ukrayna ilə bağlı heç bir qərar Ukraynasız qəbul edilməməlidir” ifadəsi ilə tərs mütənasibdir. “Avropa İttifaqında müzakirə olunan ideya, faktiki olaraq, bu yanaşmadan təkcə Ukraynaya deyil, bütün namizəd ölkələrə münasibətdə imtina edilməsini nəzərdə tutur. Ukraynalılar da bunu aydın şəkildə görərək ikinci dərəcəli üzv statusu ilə razılaşmayacaqlarını bəyan ediblər. Bu cür tendensiyalar onu göstərir ki, Avropa İttifaqının “müxtəliflikdə birlik” şüarı getdikcə “baş xəttdən kənara çıxma” prinsipi ilə əvəzlənir. Bu isə o deməkdir ki, kluba yalnız səsin dekorativ funksiya daşıyacağı halda qəbul ediləcəksən. Həqiqətən, belə yanaşma qərarların qəbulunu daha da asanlaşdıracaq – mürəkkəb müzakirələrə, fərqli mövqelərə və alternativ fikrin mövcudluğunu nəzərdə tutan demokratiya elementlərinə ehtiyac qalmayacaq”, – deyə Gürcüstan Parlamentinin sədri əlavə edib.

Ş.Papuaşvili diqqəti Aİ-nin Gürcüstanın dörd il əvvəl üzvlük üçün müraciət etdiyi ittifaq ampluasından çıxmasına yönəldib. Onun sözlərinə görə, indiki durumda ölkəsinin birliyə üzvlük istəyi Gürcüstan Konstitusiyası ilə nəzərdə tutulan məqsəd mahiyyəti daşımaqdan çıxır. “Gürcüstanın nominal və qeyri-bərabərhüquqlu üzvlüyünün 70 illik təcrübəsi var (sabiq SSRİ nəzərdə tutulur – red.) və biz bunu təkrarlamaq niyyətində deyilik. Əgər Aİ üzvü olan keçmiş sovet respublikaları belə dəyişikliklərə yol versələr, onda məlum olacaq ki, onların problemi Sovet İttifaqının özü ilə deyil, sadəcə, həmin birlikdə kimin dominant mövqedə olması ilə bağlı imiş”, – deyən Ş.Papuaşvilinin yanaşması məntiqidir.

Bir daha xatırladaq ki, Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda qurum ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində yeni üzvlər üçün veto hüququnun məhdudlaşdırılacağını təsdiqləmişdi. S.Papuaşvili də sosial şəbəkə hesabında məhz bunu tənqid edib. Bütün bunların fonunda ortadakı mənzərə belə deməyə əsas verir ki, Gürcüstan iqtidarı Avropa məkanında baş verən hadisə və proseslərə, o cümlədən ayrı-ayrı səlahiyyət sahiblərinin fikirlərinə dolğun reaksiya verməklə, Aİ ilə münasibətlər müstəvisinə xələl gəlməsinə bəhanə verirlər. Daha doğrusu, ikincilərin onsuz da mövcud olan anti-Gürcüstan təmayülünü bir qədər də körükləyirlər.

Diqqətə çatdırdıqlarımız fonunda belə qənaətə gəlmək mümkündür ki, qarşıdakı müddətdə Gürcüstanın Aİ-yə üzvlüyü üçün onsuz da mövcud olan problemlər və maneələr dərinləşəcək. Axı “qoca qitə”nin siyasi isteblişmenti dözümlü deyil. Nəinki dözümsüzdür və bu, gerçək demokratiyaya yad təzahürdür, eyni zamanda, həmin siyasi isteblişment ciddi şəkildə qərəzlidir ki, durumun müxtəlif təzahürlərinin Gürcüstana münasibətdə zaman-zaman ortaya qoyulduğu da danılmaz faktdır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri